00:30 - Günün qoroskopu
23:45 - Çinli mütəxəssislər Pfizer peyvəndinin yaşlılara vurulmasına qarşıdır
22:57 - ABŞ kubalı nazirə qarşı sanksiya tətbiq edib
22:21 - Naxçıvan: İnkişaf edən, logistik mərkəzə çevrilən qədim diyar - FOTO
22:10 - Ötən ilin yekunları müzakirə olunub, qarşıda duran vəzifələr müəyyənləşdirilib
20:47 - Naxçıvan Muxtar Respublikası Nazirlər Kabineti yeni qərarlar qəbul edib
20:33 - Kainatın ən qədim planeti aşkar edilib
20:19 - Şahmatçılar “Şəhidlər ölməz Vətən bölünməz” devizi altında yoldaşlıq görüşü keçirəcəklər
20:06 - İqtisadi Şuranın 2021-ci ildə ilk iclası keçirilib
19:52 - BMT: Dünya pandemiyadan əvvəlki vəziyyətə qayıtmayacaq
19:42 - Muxtar respublikada növbəti humanitar tibbi aksiyalara start verilib-FOTO
19:31 - Beynəlxalq Cüdo Federasiyasının Prezidenti Azərbaycan dövlət başçısını təbrik edib
“Naxçıvan” Universitetində “Şəxsiyyətin formalaşmasında özgüvən problemi” mövzusunda konfrans keçirilib-FOTO
“Naxçıvan” Universitetində Pedaqogika və psixologiya kafedrasının təşkilatçılığı ilə “Şəxsiyyətin formalaşmasında özgüvən problemi” mövzusunda elmi-nəzəri konfrans keçirilib.
Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki,şəxsiyyətin formalaşmasına müsbət amillər təsir göstərir. Göstərilən amillərin təsir nəticəsi də müxtəlifdir. Şəxsiyyətin formalaşması müxtəlif dövrlərdə aktual olmuş və hal-hazırda aktual olaraq qalmaqdadır. Şəxsiyyətin inkişafına təsir göstərən amilləri araşdırmaq üçün onun istiqamətlərini müəyyən etmək lazımdır. Şagirdlərin tərbiyəvi təsir şəraitində psixi fəaliyyətlərinin qanunauyğunluqlarını, şagirdlərin özünü tərbiyəsini,psixoloji əsaslarını aşkara çıxarmaqla tərbiyə psixologiyası şəxsiyyətin formalaşmasına imkan yaradan həmin təsirlərin mexanizmləri də öyrənilir.
Konfransda Pedaqogika və psixologiya kafedrasının müdiri Nəzakət Yusifovanın “Ailədə uşaqlarda özgüvənin formalaşdırılması” kafedranın müəllimi Təranə Əliyevanın “ Tələbələrdə özgüvən problemi və onun aradan qaldırılması yolları” və Pedaqogika nəzəriyyəsi və tarixi ixtisası üzrə I kurs magistr tələbəsi Günel Əliyevanın “Perfeksionizm və onu yaradan səbəblər” mövzularında çıxışları dinlənilmişdir.
Bildirilib ki, özgüvən çox vacib şəxsi keyfiyyətdir.Həyatla baş etməmizi və problemlərlə real olaraq mübarizə aparmağımızı təmin edər,çətinliklərə qarşı gücümüzü artırar. Şəxsiyyətin təşəkkül və formalaşmasında mühüm əhəmiyyət kəsb edən özünügerçəkləşdirmə sistemi olmamışdır. O da vurğulanmışdır ki, şəxsiyyətin formalaşdırılmasına yönəldilmiş xüsusi fəaliyyət sahəsidir. Şəxsiyyətin formalaşması daxili və xarici amillərin təsiri altında baş verir.
Sonda konfrans iştirakçılarının sualları cavablandırılıb.