22:30 - Dağ kəndlərimizdə heyvandarlığın inkişafı üçün münbit şərait var
21:16 - Prezident İlham Əliyev xalq artisti Eldar Quliyevi 80 illik yubleyi münasibətilə təbrik edib
21:06 - Prezident İlham Əliyev Eldar Quliyevi “İstiqlal” ordeni ilə təltif edib
20:40 - Sədərəkdə mərasİm evinin tikintisi davam etdirilir
18:09 - Şahbuzda yenidən zəlzələ olub
18:04 - Türkiyə prezidenti: "Ermənistan mənim dostuma, soydaşlarıma təcavüz edir”
17:45 - Hulusi Akar: “Türkiyə, Azərbaycan və Pakistan Qarabağ məsələsində bir ürək oldu”
17:35 - Ərdoğan: "Türkiyənin PUA-ları Qarabağda olduğu kimi müharibə metodlarını dəyişdirib"
17:22 - Azərbaycanda 705 nəfər COVID-19-dan sağalıb, 162 nəfər yoluxub, 8 nəfər vəfat edib
17:17 - Bağdad hava limanı raket atəşinə tutulub
17:05 - Prezident İlham Əliyev Volodimir Zelenskiyə başsağlığı verib
16:56 - Səfərbərlikdən tərxis edilmiş şəxslərlə bağlı komissiyaya 5 298 vətəndaş müraciət edib
16:21 - Milli mətbəximizin qədim yeməklərindən olan Qurut
16:15 - Dövlət Neft Şirkətinin idarə edilməsi təkmilləşdirilir - FƏRMAN
Naxçıvan Müəllimlər İnstitutunda elmi- praktik konfrans keçirilib-FOTO
25 noyabr 2020-ci il tarixdə Naxçıvan Müəllimlər İnstitutunda Riyaziyyat və tədrisi metodikası kafedrasının təşkilatçılığı ilə “Ümumtəhsil məktəblərində şagirdlərin riyazi təfəkkürünün inkişafında qarşıya çıxan çətinliklər” mövzusunda elmi-praktik konfrans keçirilib.
Naxçıvan Müəllimlər İnstitutunun mətbuat və ictimaiyyətlə əlaqələr xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə Naxçıvan Müəllimlər İnstitutunun rektoru Azad Novruzov açaraq müəllim hazırlığında qarşıda duran müasir tələblər və vəzifələri diqqətə çatdırmışdır. Həmin vəzifələrin yüksək səviyyədə yerinə yetiriləsində bu cür konfrans, seminar, diskussiya və s. tədbirlərin əhəmiyyətinə toxunan rektor şagirdlərin riyazi təfəkkürünün inkişaf etdirilməsinin daim diqqətdə saxlanılmasının vacibliyini vurğulayaraq konfransın işinə müvəffəqiyyətlər arzulayıb.
Konfransda kafedranın dosenti Nazilə Muradova “İbtidai siniflərin riyaziyyat kursunda məsələlərin həllində şagirdlərin rast gəldiyi bəzi çətinliklər və onların aradan qaldırılması yolları” mövzusunda məruzə edərək məsələ həllinin şagirdlərin riyazi təfəkkürünün inkişafında, dünyagörüşünün, bilik, bacarıq və vərdişlərinin yüksək səviyyədə formalaşmasında, riyaziyyata olan həvəsin güclənməsində böyük rol oynadığını qeyd etməklə qarşıya çıxan çətinliklər və onların aradan qaldırılması yollarını göstərib.
Sonra kafedranın müəllimi Cəfər Sadiqzadə “Həndəsə məsələlərinin həllində qarşıya çıxan çətinliklərin İKT-dən istifadə etməklə aradan qaldırılması” mövzusunda məruzə edərək həndəsədə qurma məsələlərinin həllində İKT-dən istifadənin səmərəli yollarını diqqətə çatdırıb.
Məruzələrdən sonra proffesor Yaqub Məmmədov, dosent Südabə Məmmədova və dosent İbrahim Rüstəmov məruzələr ətrafında çıxış etmişlər.