SON DƏQQƏ

naxcivanxeberleri.com

İcma əsaslı məktəbəqədər təhsil qruplarında əyani tədris formasına müvəqqəti fasilə verilib-Təhsil Nazirliyi

İcma əsaslı məktəbəqədər təhsil qruplarında əyani tədris formasına müvəqqəti fasilə verilib-Təhsil Nazirliyi
19-11-2020, 16:37

Oktyabrın ilk həftəsindən başlayaraq icma əsaslı məktəbəqədər təhsil qruplarında 9207 nəfər 3-4 yaşlı uşaq erkən təhsilə cəlb olunub. Hazırda xüsusi karantin rejimi ilə əlaqədar əyani tədris formasına müvəqqəti fasilə verilsə də, valideynlərin maariflənməsi üçün yaradılmış ilk5il.com platforması erkən uşaq inkişafı ilə bağlı fəaliyyətini davam etdirir.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu tədris ilində “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı” layihəsinin rəsmi veb saytı (www.icmalayihesi.edu.az) fəaliyyətə başlayıb. Bu da vətəndaşlara layihə barədə suallarını yönləndirmək imkanı verir. Bununla yanaşı, layihənin “Facebook” səhifəsi də aktivdir.

Ümumi sayı 500-ə çatan icma əsaslı məktəqəbədər təhsil qruplarında 486 tərbiyəçi-müəllim çalışır. Tərbiyəçi-müəllimlərin iş keyfiyyəti və mərkəzin ümumi texniki-infrastrukturunun monitorinqi üçün 21 mentor fəaliyyət göstərir. Xüsusi karantin rejimi dövründə tərbiyəçi-müəllimlərin peşəkar inkişafı vebinar və videotəlimlər vasitəsilə həyata keçirilir.

Qeyd edək ki, cari tədris ilində ümumilikdə 9207 nəfər 3-4 yaşlı uşağı əhatə edən “İcma əsaslı məktəbəqədər təhsilin inkişafı" layihəsi respublikanın 50 şəhər və rayonunda icra olunur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30