SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti ilə ABŞ  universitetləri arasında onlayn təlimlər davam edir

Naxçıvan Dövlət Universiteti ilə ABŞ  universitetləri arasında onlayn təlimlər davam edir
19-11-2020, 16:28

Naxçıvan Dövlət Universitetində “İqtisadiyyat və idarəetmə” fakültəsində ilk dəfə qəbul aparılan “İngilizcə iqtisadiyyat”   ixtisası üzrə kadr hazırlığı davam edir.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,bu məqsədlə, yeni ixtisasda dərslərlə məşğul olacaq müəllimlər və habelə fakültə tələbələri üçün ABŞ-ın Şimali İlliyons Universitetinin professorları arasında onlayn məşğələlər təşkil olunub. Təlimin ilk mövzusu olan “Biznesə giriş və biznes strategiyası”  mövzusunda professor Paul Prabhaker, “Sahibkarlıq və Kiçik Biznesin İnkişafı” adlı təlimi isə ABŞ-nın İndiana şəhərində yerləşən Purdue Universitetinin professoru Jamaluddin Husain keçib. Noyabrın 16-da təlimin növbəti 10-cu məşğələsi olub. “Keyfiyyət idarəetməsi” mövzusunda təqdimat aparan professor Con Kalaras qlobal rəqabət şəraitində firmaların həyata keçirdiyi strategiyası, müxtəlif ölkələrdə bunun üçün tətbiq olunan modellər barədə geniş təqdimat aparıb. İnteraktiv fikir mübadiləsi mühitində aparılmış təlimdə iştirakçıların sualları cavablandırılıb, önümüzdəki günlərdə keçiriləcək növbəti məşğələlərin mövzuları anons edilib. Məlumat üçün bildirək ki, bu təlimlər sentyabr ayından başlayıb və onlayn təlim üzrə məşğələlər dekabrın 7-sinədək davam etdiriləcək.

 

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30