SON DƏQQƏ

naxcivanxeberleri.com

Vətən Müharibəsinə dair mövzular dərsliklərdə yer alacaq

Vətən Müharibəsinə dair mövzular dərsliklərdə yer alacaq
19-11-2020, 11:23

Vətən Müharibəsinə dair mövzular dərsliklərimizdə, tədrisin məzmununda yer alacaq.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov deyib.

Onun sözlərinə görə, bununla bağlı təhsil naziri Emin Əmrullayev ayrıca əmr imzalayıb. Bu əmrə əsasən, Vətən müharibəsinin bütün qəhrəmanlıq salnaməsi ilə bağlı ayrı-ayrı məqamlar incəliklə araşdırılacaq və tədrisin məzmununda əks olunacaq:

"Qalibiyyətlə yekunlaşan Vətən müharibəsi tarixinin iştirakçısı olan on minlərlə insanımıza böyük sevgi borcumuz var. Şəhid olan cəngavərlərimizi, qazi olan qəhrəmanlarımızı böyük ehtiramla yaddaşlarımıza həkk edəcəyik. Şübhəsiz ki, təhsilimizin məzmununda bu həm forma, həm də ayrı-ayrı hekayələrlə öz əksini tapacaq. Bunun üçün təhsil mütəxəssisləri həmkar qurumlarla çalışır və Vətən Müharibəsinə dair ibrətamiz faktları toplayır, mövzular işlənərək həm dərsliklərimizdə, həm də tədrisin məzmununda yer tapacaq. Bu proses hələ yekunlaşmayıb, davam edir və yekunları ilə bağlı ictimaiyyətə vaxtaşırı məlumat veriləcək".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30