SON DƏQQƏ

naxcivanxeberleri.com

“Naxçıvan” Universitetində “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfrans keçirilib-FOTO

“Naxçıvan” Universitetində “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfrans keçirilib-FOTO
29-10-2020, 23:17

“Naxçıvan” Universitetində  Azərbaycan dili və ədəbiyyat kafedrasının təşkilatçılığı ilə “Rəsul Rza-110” mövzusunda elmi-praktik konfrans keçirilib.  

Konfransın əvvəlində  hal-hazırda davam edən Vətən müharibəsində şəhid olmuş və həyatını itirmiş  soydaşlarımızın əziz xatirəsi bir dəqiqəlik  sükutla yad edilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq bildirib ki, XX əsr Azərbaycan şeirinin ən görkəmli nümayəndələrindən biri, Xalq şairi Rəsul Rza 1910-cu ildə Göyçayda anadan olub. 1927-1937-ci illərdə Zaqafqaziya Kommunist Universitetində, Azərbaycan Dövlət Elmi-Tədqiqat İnstitutunda, Moskva Millətlər İnstitutunda və Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. Rəsul Rzanın lirik-epik səpkidə yazılmış "Qızılgül olmayaydı" poeması Azərbaycan ədəbiyyatında repressiya qurbanları mövzusunda yazılmış ən dəyərli əsərlərdən biri sayılır. Poemanın mövzusu Müşfiqin həyatı və taleyindən götürülüb.

Daha sonra   Azərbaycan dili və ədəbiyyat kafedrasınının müəllimləri, professor Sədaqət Həsənovanın “Rəsul Rza və ədəbi dilimiz”, dosent Əli Həşimovun “Rəsul Rza: ömür və  sənət yolu”,  Zamin Babazadənin “Rəsul Rzanın yaradıcılığı tədqiqatlarda” mövzusunda çıxışları dinlənilib.

Bildirilib ki, Rəsul Rza ədəbiyyatımızın inkişafına əhəmiyyətli təsir göstərən novator şair, dilimizin dövlət dili olmasına çalışan, müstəqilliyimiz uğrunda mübarizə aparan ictimai xadim, böyük şəxsiyyət kimi səciyyələndirilmişdir. 60-cı illərdə Rəsul Rza yaradıcılığının mövzu dairəsi əhəmiyyətli dərəcədə genişlənmiş, poeziyasında intellektual mənbə, analitik bədii idrak, müasir həyat hadisələrinə fəlsəfi yanaşma meyilləri xeyli güclənmişdir. Məsələn, «Rənglər» (1962) silsiləsində 20-ci əsr insanının mənəvi aləmi rənglərin doğurduğu assosiasiyalar vasitəsilə açılır. Müasirlik Rəsul Rzanın 70-ci illər yaradıcılığının da («Dünən, bu gün, sabah» (1973), «Güneylər, quzeylər» (1977), «Üzü küləyə» (1979) kitabları) əsas mövzusu olmuşdur.

Sonda Rəsul Rzanın həyat və yaradıcılığını özündə əks etdirən slayd nümayiş olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30