SON DƏQQƏ

naxcivanxeberleri.com

Beynəlxalq konqresdə “Son Tunc dövründə Naxçıvanın dulusçuluq sənəti” mövzusunda məruzə dinlənilib

Beynəlxalq konqresdə “Son Tunc dövründə Naxçıvanın dulusçuluq sənəti” mövzusunda məruzə dinlənilib
24-10-2020, 20:50

AMEA-nın Naxçıvan Bölməsinin Tarix, Etnoqrafiya və Arxeologiya İnstitutunun Antik və Orta əsrlər arxeologiyası şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru, dosent Toğrul Xəlilov Türkiyənin İzmir şəhərində keçirilən “IV. Beynəlxalq tətbiqi sosial elmlər” konqresdə iştirak edib.

Naxçıvan Bölməsinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, dünyanın bir çox ölkələrinin alim və mütəxəssislərin qatıldığı onlayn tədbirdə Toğrul Xəlilov “Son Tunc dövründə Naxçıvanın dulusçuluq sənəti” mövzusunda məruzə ilə çıxış edib. O, Azərbaycanın bütün bölgələrində olduğu kimi Naxçıvanda da duluscuğun tarixinin qədim olduğunu bildirib. Qeyd edib ki, bu sənətkarlıq sahəsinin tarixi Neolit dövründən başlayır və bu gün də öz inkişafını daha təkmil formada davam etdirir.

Alim məruzəsində Naxçıvan Muxtar Respublikasının ərazisindəki Son Tunc dövrünə aid olan I Kültəpə, II Kültəpə, Şahtaxtı, Qızılburun, Plovdağ, Qazxan və digər arxeoloji abidələrdən aşkar olunmuş keramika məmulatlarının təyinatı, hazırlanma texnologiyası, forma və xüsusiyyətləri haqqında məlumat verib. Bildirib ki, Tunc dövründə Naxçıvanda dulusçuluq ən mühüm sənətkarlıq sahəsi olub. Keramika məmulatları ayrı-ayrı dulusçular tərəfindən, müxtəlif dulusçu emalatxanalarında düzəldilibdir. Bu dövrdə keramika məmulatlarının çeşidləri çox, keyfiyyəti yaxşı olub. Forma və xüsusiyyətlərinə görə bir-birindən fərqlənən keramika məmulatının hər biri müəyyən məqsədlərlə istifadə edilib. Məmulatların üzərindəki ornamentlər onlara müəyyən gözəllik verməklə yanaşı insanların dini-ideoloji görüşləri, düşüncə tərzi, bədii-estetik zövqü, həyat tərzi ilə bağlılıq təşkil edib.

Tarixçi alimin çıxışı tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, məruzə ətrafında ciddi müzakirələr aparılıb. Sonra Toğrul Xəlilov iştirakçıların çoxsaylı suallarını cavablandırıb.


Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Kasım 2020    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30