SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində elektron jurnal istifadəyə verilib-FOTO

Naxçıvan Dövlət Universiteti Memarlıq və mühəndislik fakültəsində elektron jurnal istifadəyə verilib-FOTO
20-10-2020, 16:50

Naxçıvan Dövlət Universitetinin Memarlıq və mühəndislik fakültəsində elektron jurnalın təqdimat mərasimi keçirilib.

NDU-nun televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, universitetin rektoru Elbrus İsayev qeyd edib ki, Memarlıq və  mühəndislik fakültəsi bu tədris ilində bir çox yeniliklərə imza atıb. 2020-2021-ci tədris ilində fakültədə yeni günəş və külək hibrid  qida qurğusu, günəş panelləri ilə istilik sistemi, robototexnika kabinəsi açılıb. Rektor bugün təqdimatı keçirilən və universitetdə ilk dəfə Memarlıq və mühəndislik fakültəsində istifadəyə verilən elektron jurnalın əhəmiyyətindən danışıb. Vurğulanıb ki, bu jurnal tələbələrin obyektiv qiymətləndirilməsində müstəsna əhəmiyyətə malikdir.

Memarlıq və mühəndislik fakültəsinin dekanı, professor Cavanşir Zeynalov tədbir iştirakçılarını bu jurnalın istifadə qaydaları ilə tanış edib. Bildirilib ki, elektron jurnala daxil olmaq üçün tələbə-müəllim qeydiyyatı yaradılıb.  Tələbə və müəllimlər qeydiyyatdan keçdikdən və  adminstrator tərəfindən təsdiq edildikdən sonra sistemə daxil ola bilər. Qeyd edilib ki, elektron jurnala fakültə üzrə ixtisaslar, kurslar, fənlər, keçirilən mövzuların adları yüklənilib. Sistemdə tələbənin davamiyyəti, biliyinin qiymətləndirilməsi, kollokvium qiymətləri və sərbəst iş qiymətləri öz əksini tapıb. Həmçinin sistem tələbənin alt qrupda və ya üst qrupda dərs götürmələri  imkanına da malikdir. Vurğulanıb ki, tələbə elektron jurnal vasitəsilə semestrin sonunda öz  transkriptini də görə bilər. Sonra isə müəllimlərin suallar cavablandırılıb.

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Aralık 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
28293031