SON DƏQQƏ

naxcivanxeberleri.com

“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”  mövzusunda  elmi konfrans keçirilib-FOTO

“Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”  mövzusunda  elmi konfrans keçirilib-FOTO
16-10-2020, 19:30

“Naxçıvan” Universitetinin Ümumi tarix kafedrasının təşkilatçılığı ilə 18 oktyabr Müstəqillik Gününə  həsr olunmuş “Heydər Əliyev müstəqil Azərbaycanın memarıdır”   adlı konfrans keçirilib.

Universitetin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, konfransı giriş sözü ilə ali təhsil ocağının rektoru, filologiya üzrə fəlsəfə doktoru, dosent Nurlana Əliyeva açaraq  bildirib ki, xalqımızın ən böyük sərvəti olan dövlət müstəqilliyimizin əldə edilməsi hər bir Azərbaycan vətəndaşı üçün müstəsna əhəmiyyət daşıyır. Dövlət müstəqilliyimiz 1991-1993-cü illərdə süquta uğramaq təhlükəsi ilə üz-üzə idi. Məhz ümummilli lider Heydər Əliyevin Azərbaycan rəhbərliyinə qayıdışı ilə ölkəmiz parçalanmaq, məhv olmaq təhlükəsindən xilas oldu, ictimai-siyasi, sosial-iqtisadi, elmi-mədəni həyatda köklü islahatlara, dövlət quruculuğu prosesinə başlanıldı.

Vurğulanıb ki, Ulu Öndərin siyasəti bu gün Prezident İlham Əliyev tərəfindən layiqincə davam etdirilir.Şanlı Azərbaycan Ordusu  Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın işğal olunmuş torpaqlarını düşmən tapdağından  azad edir.

Daha sonra universitetin rektoru “Ümumi tarix” kafedrasının müəllimləri professor Əziz Novruzlunun “ XX əsrin 80-cı illərindən başlayaraq müstəqilliyə gedən yol”, Rəna Qurbanovanın “ Heydər  Əliyev  müstəqil Azərbaycan  dövlətinin qurucusudur” mövzularında və İqtisadiyyat fakültəsinin “İqtisadiyyat” ixtisasının IV kurs tələbəsi Məhərrəm Həsənovun “Azərbaycan gənci müstəqillik illərində” mövzusunda çıxışı dinlənilib.

Bildirilib ki, müstəqilliyi qoruyub saxlamağın onu qazanmaqdan qat-qat çətin olduğunu tarix dəfələrlə sübut edib. Tale elə gətirdi ki, Azərbaycan bir əsrdə iki dəfə müstəqillik əldə etmək, özünün suveren dövlətini yaratmaq imkanı qazandı. Dövlət müstəqilliyimiz isə dahi şəxsiyyət, ümummilli lider Heydər Əliyev tərəfindən xilas edildi, Azərbaycan müstəqil dövlət kimi hərtərəfli və davamlı inkişaf yoluna çıxarıldı. Sevindirici haldır ki, müstəqilliyimizin siyasi və iqtisadi sütunları bu gün daha da möhkəmlənir. Xalqla dövlət birliyi nəticəsində inkişaf və tərəqqi istiqamətində mühüm nailiyyətlər əldə edilir. Bunu blokadada olmasına baxmayaraq, misli görünməmiş şəkildə inkişaf edən, sosial-iqtisadi, mədəni tərəqqi yolu ilə irəliləyən Naxçıvan Muxtar Respublikasının timsalında da aydın şəkildə görmək olar.

Sonda 18 oktyabr Müstəqillik  Gününə həsr olunmuş   “Axtar-tap” intellektual oyunun qalibləri mükafatlandırılıb və Pedaqoji fakültənin tələbələri tərəfindən hazırlanmış “ Qarabağ Azərbaycandır!” adlı videoçarx nümayiş olunub.

 

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031