SON DƏQQƏ

naxcivanxeberleri.com

İşğal altında olan peşə təhsili müəssisələri

İşğal altında olan peşə təhsili müəssisələri
16-10-2020, 16:21

İşğal altında olan peşə təhsili müəssisələri açıqlanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə  Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənilər tərəfindən həyata keçirilən separatist fəaliyyət nəticəsində Dağlıq Qarabağ və işğal altında olan ətraf rayonlarda yerləşən 6 peşə təhsili müəssisəsinin fəaliyyəti tamamilə dayandırılıb, 5 peşə təhsili müəssisəsi isə müvəqqəti olaraq digər bölgələrə köçürülüb. Müvəqqəti olaraq digər bölgələrə köçürülən peşə təhsili müəssisələri arasında Kəlbəcər Peşə Məktəbi, Laçın Peşə Məktəbi, Cəbrayıl Peşə Məktəbi və Füzuli Dövlət Peşə Təhsil Mərkəzi yer almaqdadır. Qubadlı Peşə Məktəbi, Zəngilan Peşə Məktəbi, Şuşa Peşə Məktəbi, 1, 3 və 5 nömrəli Ağdam Peşə Məktəblərinin fəaliyyəti isə dayandırılıb.

Qeyd edək ki, işğaldan əvvəl Cəbrayıl şəhərində Cəbrayıl Peşə Məktəbi fəaliyyət göstərib, sözügedən şəhər 4 oktyabr 2020-ci il tarixindən etibarən Ordumuz tərəfindən azad edilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031