SON DƏQİQƏ

naxcivanxeberleri.com

Təhsil Nazirliyi: X-XI sinif şagirdləri əyani formada tədrisə cəlb ediləcəklər

Təhsil Nazirliyi: X-XI sinif şagirdləri əyani formada tədrisə cəlb ediləcəklər
14-10-2020, 20:23

Oktyabrın 19-dan X-XI sinif şagirdləri sanitar-epidemioloji vəziyyətdən asılı olaraq müvafiq şəhər və rayonlarda əyani formada tədrisə cəlb ediləcəklər.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu növbəti müddətdə COVID-19 pandemiyasının yayılması ilə bağlı məlumatlar təhlil olunaraq tədris prosesinin gedişatı barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

Nazirlik tərəfindən ümumi təhsil müəssisələrində COVID-19 yoluxmalarının monitorinqi gündəlik əsasda aparılır və müvafiq qurumların məlumatları əsasında bu günə qədər ölkə üzrə 55 sinif və 30 təhsil müəssisəsi distant tədrisə keçirilib.

Qeyd edək ki, “Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkili” barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq, 15 oktyabr tarixindən etibarən ümumi təhsilin tam orta təhsil səviyyəsi (X – XI siniflər) üzrə şagirdlərin əyani formada tədrisə başlaması nəzərdə tutulub.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Haziran 2022    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
27282930