11:42 - “Efes-2022” çoxmillətli təlimi davam edir - FOTO, VİDEO
11:36 - Magistraturaya növbəti qəbul imtahanı keçiriləcək
11:31 - Ukrayna Baş Qərargahı: "Rusiyanın 500-dən çox PUA-sı məhv edilib"
11:26 - Bu gün Türkiyə Təhlükəsizlik Şurası Cənubi Qafqazdakı vəziyyəti müzakirə edəcək
11:16 - Bakıda “TEKNOFEST Azərbaycan” festivalı başlayıb
11:14 - Ərdoğan: “Türkiyə və Gürcüstan bölgədə sülhə töhfə verməkdə davam edəcək”
11:11 - Niderland Kralı Azərbaycan Prezidentini təbrik edib
11:07 - Putin Prezident İlham Əliyevə təbrik məktubu göndərib
10:21 - Ukraynada müharibədə ölən uşaqların sayı 240-a çatıb
10:14 - Birədən kiçik robot yaradılıb
10:09 - Tədqiqatlara görə uşaqlar zəkanı anadan alırlar
09:51 - Ukrayna BQ: "Rusiya qoşunları mülki obyektləri və yaşayış məntəqələrini atəşə tutur"
09:42 - MM-in yaz sessiyasının işləri planına daxil edilmiş 6 layihə qəbul edilməyib - SİYAHI
09:32 - “Anatolian Phoenix-2022” beynəlxalq təlimində tapşırıqlar uğurla icra olunub - FOTO, VİDEO
Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün seminar keçirilib
“Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2019-cu il 3 aprel tarixli Sərəncamının icrasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya tərəfindən hamiliyə götürülən Naxçıvan Dövlət Universitetinin Dövlət və bələdiyyə idarəetməsi ixtisasının tələbələri üçün 2015-ci ildən başlayaraq bir sıra tədbirlər həyata keçirilib.
Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, bu tədbirlərin davamı olaraq 29 sentyabr 2020-ci il tarixdə Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən Naxçıvan Dövlət Universitetinin tələbələri üçün seminar keçirilmişdir.
Tədbiri Universitetin kafedra müdiri Flora Kərimova giriş sözü ilə açaraq qeyd etmişdir ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri tərəfindən qəbul edilən bu sərəncam ali və orta ixtisas təhsil müəssisələrində təhsili alan tələbələrin təcrübə qazanmaları, onların bacarıqlı mütəxəssis kimi yetişmələri baxımından atılan mühüm addımdır. Müasir dünyada hər bir sahədə inkişafın əsas hərəkətverici qüvvəsi ixtisaslı kadrlar hesab olunur. İxtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi yüksək ixtisaslı kadr hazırlığına böyük töhfə verir.
Sonra Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları Türkan Gülməmmədli “Azərbaycan Respublikasının dövlət qulluğu modeli” və Zaman Bağırov “Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu sahəsində islahatlar” mövzularında hazırladığı slaydlar vasitəsilə geniş məlumat vermişdir.
Tədbirin sonunda tələbələri maraqlandıran suallar Dövlət Qulluğu Məsələləri üzrə Komissiyanın əməkdaşları tərəfindən cavablandırılmışdır.