SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Müəllimlər İnstitutunda “Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda maarifləndirici vebinar keçirilib

Naxçıvan Müəllimlər İnstitutunda “Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda maarifləndirici vebinar  keçirilib
26-09-2020, 09:00

Sentyabrın 25-də Naxçıvan Müəllimlər İnstitutu İnnovasiya Laboratoriyasının təşkilatçılığı ilə “Startap layihələrinin təşkili və təqdimatı” mövzusunda keçirilən vebinarda institutun Pedaqoji və Təbiət və incəsənət fakültələnin tələbələri iştirak etmişlər.  

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, vebinarı  giriş  sözü  ilə institutun ixtisasartırma və yenidənhazırlanma üzrə prorektoru Capay Quliyev açaraq Startap layihələrinin müasir dövrümüzdə mahiyyəti və əhəmiyyətindən danışmış, tələbələri Startapla bağlı təqdimatların, layihələrin təşkilində fəal olmağa çağırmışdır. Sonra institutun İnnovasiya laboratoriyasının mütəxəssisi Səminə Rüstəmova Startap layihələrinin necə tərtib olunması, hansı mərhələlərdən təşkil olunması, təqdimatlarının hazırlanması istiqamətində marifləndirici məlumat vermiş, ölkəmizdə və dünyada məhşur olan Startap layihələri haqqında danışmışdır. Sonda tələbələri maraqlandıran suallar cavablandırılmışdır.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031