SON DƏQQƏ

22:46 - Ermənistan ərazisinin atəşə tutulması xəbəri tamamilə yalandır və düşmənin növbəti təxribatıdır - MN

22:26 - İzmirdə zəlzələ nəticəsində 37 nəfər həlak olub - Ərdoğan

21:17 - Gürcüstan parlament seçkilərində səsvermə proseduru başa çatıb

20:32 - Vətəndaş məktubları: Cənab Prezident, Azərbaycanın ərazi bütövlüyünün, təhlükəsizliyinin təmin olunmasını və davamlı inkişafını Sizinlə birlikdə olmaqda görürük

20:11 - Türkiyədə zəlzələ qurbanlarının sayı 35-ə yüksəldi

19:41 - Cavaxetiya separatçısı ermənilərin Qarabağda döyüşməsi üçün yalvarır

19:17 - Düşmənin kəşfiyyat-diversiya qrupu məhv edilib və iki hərbi nəqliyyat vasitəsi sıradan çıxarılıb-VİDEO

18:46 - İşğalçı Ermənistanın Şuşada meşələri yandırması bəşəri cinayətdir - ETSN

18:16 - Naxçıvanda şəhidlərin xatirəsinə ağaclar əkilib - FOTO

18:10 - "Zirə" yenə qələbə qazana bilmədi

17:41 - Ermənistan beynəlxalq vasitəçilərin səylərinə hörmətsizlik nümayiş etdirir - XİN

17:30 - Ermənistanın münaqişəyə üçüncü tərəfi cəlb etmək istəyi nəticəsiz qalacaq - XİN rəsmisi

17:15 - Azərbaycan Ordusunda heç bir qadağan olunmuş silahdan istifadə edilmir - Anar Eyvazov

17:07 - Ağdərə, Xocavənd, Qubadlı istiqamətlərində döyüşlər davam edir - Anar Eyvazov

17:00 - XİN: Ermənistanın cinayətləri müharibə cinayətləri və insanlıq əleyhinə cinayət kimi tövsif olunmalıdır

naxcivanxeberleri.com

DİM ali məktəblərə müsabiqədənkənar qəbul olunanlar barədə məlumat yayıb

DİM ali məktəblərə müsabiqədənkənar qəbul olunanlar barədə məlumat yayıb
23-09-2020, 14:30

Dövlət İmtahan Mərkəzi (DİM) ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olunanlar haqqında məlumat yayıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, DİM-dən verilən məlumata görə, qəbul qaydalarına əsasən, beynəlxalq və respublika fənn olimpiadalarının, beynəlxalq müsabiqələrin və yarışların qalibləri, həmçinin beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları üzrə təhsil alan abituriyentlər ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malikdirlər.

2020/2021-ci tədris ili üçün ali təhsil müəssisələrinə müsabiqədənkənar qəbul olmaq hüququna malik olanlar artıq ixtisas seçimi ediblər. Belə ki, bu il 2 nəfər beynəlxalq fənn olimpiadası, 28 nəfər respublika fənn olimpiadası, 74 nəfər idman sahəsi üzrə beynəlxalq yarışların qalibi olduğu üçün, 10 nəfər beynəlxalq səviyyədə akkreditasiya olunan təhsil proqramları (IB Diploma Programme) üzrə təhsil aldığı üçün müsabiqədənkənar ali təhsil müəssisələrinə qəbul olunmaq hüququ qazanaraq müvafiq ixtisaslara qəbul olunub. Respublika fənn olimpiadasının qalibi olan 10 nəfər isə müvafiq fənnə aid seçə biləcəyi ixtisaslara müsabiqədənkənar qəbul olmaqdan imtina edib və qəbul imtahanından topladıqları bal əsasında müsabiqədə iştirak edəcək.

Bundan əlavə, 160 abituriyent SAT imtahanının nəticələrinə əsasən, 30 abituriyent ADA məktəbinin məzunu kimi ADA Universitetinə qəbul olunub.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031