SON DƏQQƏ

naxcivanxeberleri.com

DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib

DİM kollecə qəbul olmaq istəyən abituriyentlərə müraciət edib
21-09-2020, 14:52

Müsabiqə şərtlərini ödəmiş abituriyentlərə qeydiyyatdan keçib müsabiqədə iştirak etməyə icazə verilir

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtini ödəmiş, lakin ərizə qəbulu zamanı “Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin müsabiqəsində iştirak etmək istəyirəm” bəndini seçməyən abituriyentlərə ərizələrinə daxil olub həmin bəndi əlavə etməyə icazə verilib.

Müsabiqə şərtlərini ödəmiş abituriyentlər kolleclərə qəbul olmaq üçün ixtisas seçimi başa çatanadək müvafiq qeydi edib ixtisas seçimində iştirak edə biləcəklər. İxtisas seçimi tarixləri haqqında məlumat veriləcəkdir.

Qeyd edək ki, müsabiqəyə qəbul imtahanında topladıqları ümumi balı 50-dən, Azərbaycan dili və ya rus dili və riyaziyyat fənlərinin hər biri üzrə balı 10-dan az olmayan abituriyentlər buraxılırlar (xarici dil fənni üzrə bal məhdudiyyəti tətbiq edilmir).

Xüsusi qabiliyyət tələb etməyən ixtisasların müsabiqəsinə ümumi balı 40-dan az olmayan (fənlər üzrə bal məhdudiyyəti tətbiq edilmir) abituriyentlər buraxılırlar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031