SON DƏQQƏ

naxcivanxeberleri.com

Ümumtəhsil müəssisələrinin interakiv və elektron vasitələrdən istifadə imkanları genişləndiriləcək

Ümumtəhsil müəssisələrinin interakiv və elektron vasitələrdən istifadə imkanları genişləndiriləcək
19-09-2020, 18:03

Təhsil Nazirliyində “Naxçıvan Muxtar Respublikasının orta ümumtəhsil müəssisələrini əhatə edən interaktiv tədris üçün müvafiq avadanlıq və kompüter proqramının təqdim edilməsi layihəsi” çərçivəsində “Huawei” şirkətinin Azərbaycan üzrə baş ofisinin icraçı direktoru Lu Canlin və Avrasiya regionları üzrə korporativ biznes rəhbəri Ma Tian ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, görüşdə layihə üzərində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanının yaradılması məqsədilə müzakirələr və danışıqlar aparılıb.

Müzakirə zamanı Təhsil naziri muxtar respublikada təhsilə göstərilən qayğıdan və təhsil müəssisələrində yaradılan şərait barədə ətraflı məlumat verərək bildirilib ki, təhsilin inkişafı istiqamətində həyata keçirilən layihələrin  davamı olaraq bu layihə də muxtar respublikada təhsilin inkişafına öz layiqli töhfəsini verəcəkdir. Qeyd olunub ki, təklif olunan layihə daxilində Naxçıvan Muxtar Respublikasının ümumtəhsil müəssisələrində interaktiv və elektron tədris vasitələrindən istifadə imkanı yaradılacaqdır. Həyata keçiriləcək layihə çərçivəsində infrastrukturun quraşdırılması məqsədi ilə Çin Xalq Respublikası tərəfindən təmin ediləcək avadanlıqlar imkan verəcəkdir ki, Təhsil Nazirliyində tam təşəkküllü məlumat mərkəzi, tədris vasitələrinin yaradılması üçün çəkiliş studiyası və bu materialların tədrisdə istifadə olunması üçün ümumtəhsil müəssisələrində informasiya kommunikasiya sistemləri quraşdırılsın.

Həmçinin vurğulanıb ki, bu gün muxtar respublikanın bütün təhsil müəssisələrində infrastrukturun yenilənməsi ilə müasir tədris şəraitinin yaradılması, məktəblərdə fasiləsiz internetin olması layihənin həyata keçirilməsinə geniş imkanlar açacaqdır.

Görüş zamanı “Huawei” şirkətinin nümayəndələri layihənin həyata keçirilməsi üçün şirkət tərəfdən artıq işlərin yekunlaşmaq üzrə olduğunu və yaxın gələcəkdə layihənin gerçəkləşməsi üçün zəruri addımların atıldığını bildirdilər.

Sonra layihənin həyata keçirilməsi üçün mövcud imkanlarla tanış olmaq məqsədilə qonaqlar Təhsil Nazirliyi, Naxçıvan şəhər 5 nömrəli, Şahbuz şəhər 2 nömrəli, Ağbulaq və Turkeş kənd tam orta məktəblərində elektron lövhəli siniflərlə, kompüter otaqları ilə tanış oldular.

Qeyd edək ki, quraşdırılacaq avadanlıqlar içərisində 3 dəst Full HD formatında kamera sistemi, çəkilişlər zamanı müəllimin avtomatik izlənməsi sistemi, 2 dəst səs sistemi, interaktiv rəqəmsal lövhə dəsti, Full HD formatında video qeydiyyat sisteminin və müvafiq proqram təminatının təqdim edilməsi nəzərdə tutulub. Eyni zamanda, muxtar respublikanın təhsil müəssisələrində şəbəkə aqreqasiya qurğuları və videokonfrans sistemlərinin quraşdırılması nəzərdə tutulur.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031