SON DƏQQƏ

naxcivanxeberleri.com

Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərdən 1875-i uğur qazanıb

Ali məktəblərin xüsusi qabiliyyət tələb edən ixtisaslarını seçən abituriyentlərdən 1875-i uğur qazanıb
19-09-2020, 12:37

Bu həftə ali təhsil müəssisələrinin və tam (11 illik) orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün keçirilən qabiliyyət imtahanları yekunlaşıb.

Tam orta təhsil bazasında orta ixtisas təhsili müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisaslarına qəbul üçün avqustun 26-dan başlamış imtahanlarda 900-dən çox abituriyent iştirak edib. Onlardan 269-u məqbul qiymət alıb və ərizələrində xüsusi qabiliyyət tələb edən ixtisasları göstərmək hüququ qazanıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu məlumat Dövlət İmtahan Mərkəzinin həftəlik hesabatında (14-18 sentyabr) əksini tapıb.

Hesabatda bildirilir ki, ali təhsil müəssisələrinin xüsusi qabiliyyət tələb edən ixtisasları üzrə qabiliyyət imtahanlarında iştirak üçün 5327 abituriyent qeydiyyatdan keçib. Onlardan 1875-i müvəffəqiyyət əldə edib və ixtisas seçiminə buraxılıb.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031