SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Univesitetində Milli musiqi günü qeyd olunub-FOTO

Naxçıvan Dövlət Univesitetində Milli musiqi günü qeyd olunub-FOTO
18-09-2020, 18:19

Naxçıvan Dövlət Universiteti Konservatoriyasında  Milli musiqi gününə həsr olunmuş onlayn konsert keçirilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, universitetin rəsmi facebook səhifəsi üzərindən canlı yayımlanan konsertdə giriş sözü ilə Musiqinin tarixi və nəzəriyyəsi kafedrasının müəllimi Rumiyyə Məmmədova çıxış edib. Qeyd edilib ki, 18 sentyabr Milli Musiqi günüdür, bu tarix Azərbaycanın dünya şöhrətli bəstəkarı, görkəmli musiqişünas alim, publisist, dramaturq, pedaqoq və ictimai xadim, müasir Azərbaycan peşəkar musiqi sənətinin və milli operasının banisi Üzeyir Hacıbəyovun doğum günüdür. Bildirilib ki, Üzeyir bəy elmi musiqişünaslığın, musiqi təhsilinin əsasını qoyub və ömrünün sonunadək musiqi mədəniyyətinin inkişafına rəhbərlik edib. Dahi bəstəkarın yaratdığı musiqi inciləri dünya şöhrəti qazanıb, dünya musiqi mədəniyyətinin qızıl fonduna daxil olub. Vurğulanıb ki,  Ümummilli lider Heydər Əliyevin 1995-ci ildə - dahi bəstəkarın anadan olmasının 110 illik yubileyi ərəfəsində imzaladığı Fərmanla hər il sentyabrın 18-i ölkəmizdə  Musiqi Günü kimi qeyd olunur.

Konsertdə Ü. Hacıbəyovun “Arşın mal alan” musiqili komediyası, “Sənsiz”, “Cəngi” əsərləri səsləndirilib. Konserti fakültənin  “Buta” instrumental ansamblı, fortepianoda isə Ülvi Əhmədov və Səxavət Rəhimov müşayiət ediblər.  Xalq mahnısı “Sarı gəlin” və Azərbaycanın digər görkəmli bəstəkarlarının əsərləri konsertə xoş ovqat bəxş edib.   

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031