SON DƏQİQƏ

naxcivanxeberleri.com

I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb

I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb
14-09-2020, 17:00

Bu il I qrupda 600-dən çox bal toplayanların sayı çoxalıb.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il birinci qrupda 600-dən çox bal toplayanların 611 nəfər olduğu halda, keçən il bu say 553 olub.

M.Abbaszadə qeyd edib ki, bu səbəbdən I qrupda yüksək maraq olan ixtissalar üzrə keçid ballarının yüksək olacağı gözlənilir.

DİM sədri əlavə edib ki, bu il 500-dən çox bal toplayanların sayı 1903, keçən il 1864 nəfər, bu il 400-dən çox bal toplayanların sayı 3931, keçən il 3935 nəfər olub. 400-dən aşağı bal toplayanların sayı isə təxminən eyni səviyyədə olub.

M.Abbaszadə bildirib ki, bu il I qrupda plan yerlərinina azalmasına baxmayaraq, bu ilki müsabiqə vəziyyətinin ötən ilki kimi olacağı gözlənilir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Aralık 2022    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031