SON DƏQİQƏ

naxcivanxeberleri.com

III ixtisas qrupunda 600-dən yuxarı bal toplayanların sayı çoxdur - DİM sədri

III ixtisas qrupunda 600-dən yuxarı bal toplayanların sayı çoxdur - DİM sədri
11-09-2020, 13:00

Bu il III ixtisas qrupunda 600-dən yuxarı bal toplayanların sayı çox yüksəkdir.

NAXCİVANXEBERLERİ.COM x-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, bu il III qrupda 600-dən çox bal toplayanların ümumi sayı 555 nəfər olub: “Belə abituriyentlərin hamısı dövlət sifarişli yerləri seçməyə meyllidirlər. Keçən il ən yüksək müsabiqə vəziyyəti olan ixtisaslar hüquqşünaslıq (tədris ingilis dilində) , dövlət və ictimai münasibətlər və s. olub. Ən aşağı nəticələr isə tərcümə (fars dili), məktəbəqədər təlim və tərbiyə, ibtidai sinif müəllimliyi, təhsildə psixoloji xidmət , tarix müəllimliyi olub.

M.Abbaszadə qeyd edib ki, bu il üçün III qrup üzrə dil və ədəbiyyat müəllimliyi ixtisası üzrə qəbul planı 30%, ibtidai sinif müəllimliyi üzrə 10%, tarix müəllimliyi üzrə 11% artım var.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hquq guşəsi
NEKROLOQ

«    Ocak 2023    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
3031