SON DƏQİQƏ

naxcivanxeberleri.com

ADAU-da tabeli qurumların əməkdaşları üçün keçirilən təlimlər başa çatıb-FOTOLAR

ADAU-da tabeli qurumların əməkdaşları üçün keçirilən təlimlər başa çatıb-FOTOLAR
3-03-2019, 15:21

Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin tabeli qurumlarından seçilmiş təlimçilərin bilik və bacarıqlarını artırmaq məqsədilə 2019-cu ilin 27 fevral-1 mart tarixlərində Azərbaycan Dövlət Aqrar Universitetində (ADAU) keçirilən təlimlər başa çatıb.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,təlimdə 74 iştirakçı qatılmaqla, burada ADAU-nun müvafiq sahə üzrə təcrübəli əməkdaşları tərəfindən təlimlərin aparılmasının ümumi metodoloji əsasları, bitkiçilik, heyvandarlıq və aqromühəndislik istiqamətləri üzrə təlimlərin təşkili metodları, qiymətləndirmə üsulları və digər aktual mövzular tədris olunub.

Təlimlərin yekununda iştirakçılar sertifikatların təqdim olunub.

Qeyd edək ki, təlimlərdə Kənd Təsərrüfatı Nazirliyinin tableli qurumlarından Lənkəran, Salyan, Tərtər, Şəki, Beyləqan, Quba, Kürdəmir Regional Aqrar Elm və İnformasiya Məsləhət Mərkəzlərinin, Heyvandarlıq Elmi-Tədqiqat İnstitutu, Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutu, Üzümçülük və Şərabçılıq Elmi-Tədqiqat İnstitutu, Dövlət Baytarlıq Xidməti, Dövlət Fitosanitar Xidməti, Baş Dövlət Texniki Nəzarət Xidməti, Bitki Sortlarının Qeydiyyatı və Toxum Nəzarəti üzrə Dövlət Xidmətinin əməkdaşları iştirak ediblər.
ADAU-da tabeli qurumların əməkdaşları üçün keçirilən təlimlər başa çatıb-FOTOLARADAU-da tabeli qurumların əməkdaşları üçün keçirilən təlimlər başa çatıb-FOTOLAR
ADAU-da tabeli qurumların əməkdaşları üçün keçirilən təlimlər başa çatıb-FOTOLAR

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Eylül 2019    »
PtSaÇrPrCuCtPz
 1
2345678
9101112131415
16171819202122
23242526272829
30