SON DƏQQƏ

naxcivanxeberleri.com

Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir

Peşə təhsil pilləsi üzrə tələbə qəbulu davam edir
13-08-2020, 20:26

2020-2021-ci tədris ili üzrə peşə təhsili pilləsinə tələbə qəbulu davam edir.

Peşə Təhsili üzrə Dövlət Agentliyindən NAXCİVANXEBERLERİ.COM-a bildirilib ki, ümumi və ya tam orta təhsil bazasını bitirən və peşə təhsili almaq istəyən şəxslər avqustun 24-dək https://qebul.vet.edu.az/  platforması vasitəsilə ödənişsiz qaydada qeydiyyatdan keçməlidirlər.

Tələbə qəbulunun ilk üç günü ərzində 4407 şəxs elektron platformada hesab açıb, 2665 şəxs isə tam olaraq qeydiyyatını yekunlaşdırıb. Ümumilikdə 2020-2021-ci tədris ili üzrə 18260 yer ayrılıb. Onlardan 11040-ı dövlət vəsaiti hesablı, 7220-si ödənişlidir. 2020-2021-ci tədris ili üzrə tələbə qəbulu 66 peşə təhsil müəssisəsində 120 ixtisas üzrə aparılmaqdadır.

İlk dəfə olaraq cari tədris ilində tələbə qəbul prosesin çərçivəsində ikili proqramlar tətbiq edilir. Bu da öz növbəsində tədris prosesinin işəgötürənlərlə birgə təşkilini nəzərdə tutur.

Qeyd edək ki, peşə təhsil pilləsinə qəbul çərçivəsində 2018-ci il aprelin 24-dən etibarən qüvvəyə minmiş peşə təhsili haqqında qanuna əsasən peşə təhsil müəssisələrində yüksək texniki peşə (subbakalavr dərəcəsi) səviyyəsi üzrə tələbə qəbulunun da aparılması nəzərdə tutulur.

Qeydiyyat təlimatına keçid: https://bit.ly/2CmYdCk .

Qəbul planı (ixtisaslar və müəssisələr): https://bit.ly/3fVrYbh .

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930