SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olub-FOTO

Naxçıvan Dövlət Universitetinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olub-FOTO
28-02-2019, 18:28

Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin 2019-cu il 17 yanvar tarixində imzaladığı sərəncamının icrası məqsədilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük yazıçı, dramaturq, publisist və ictimai xadim Cəlil Məmmədquluzadənin anadan olmasının 150 illik yubileyinə həsr olunmuş tədbirlər planına əsasən Naxçıvan Dövlət Universitetinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olub.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, muzeyin bələdçisi muzey haqqında məlumat verərək Cəlil Məmmədquluzadənin Naxçıvan şəhərindəki ev-muzeyinin ümummilli lider Heydər Əliyevin 1998-ci il 31 dekabr tarixli sərəncamı ilə yaradıldığını, 13 oktyabr 1999-cu ildə şəxsən iştirakı ilə istifadəyə verildiyini, burada 1708 eksponatın qorunub saxlandığını, muzeyin son il illər dövlət qayğısı hesabına yeni eksponatlarla zənginləşdiyini bildirib.
Bildirilib ki, öz yaradıcılıq dəst-xətti ilə seçilən, məhşur dram və nəsr əsərlərinin, maraqlı satirik hekayələrin müəllifi, Şərqdə satirik publisistikanın “Molla Nəsrəddin” jurnalının banisi olan Cəlil Məmmədquluzadə demokratik fikirli, vətənpərvər ziyalı kimi öz yaradıcılığında xalqın taleyüklü problemlərindən bəhs edib və bu gün də aktual olan qlobal məsələlərə toxunub.
Vurğulanıb ki, böyük yazıçının vaxtilə müəllimlik etdiyi Nehrəmdə və Cəlilkənddə xatirə muzeyləri yaradılıb, Naxçıvan Muxtar Respublikası Ədəbiyyat Muzeyinə və Naxçıvan Dövlət Musiqili Dram Teatrına Cəlil Məmmədquluzadənin adı verilib.
Qeyd edək ki, muzeydə böyük ədibin həyat və yaradıcılığına dair ekspozisiya nümayiş etdirilməkdədir. Ədibə və onun ailəsinə məxsus şəxsi məişət əşyaları, o cümlədən yazıçının naxçıvanlı müasirlərinə aid tarixi sənədlər, onun mütaliə etdiyi klassiklərin əsərləri və şəxsi kitabxanası muzeyin eksponatları arasındadır.
Naxçıvan Dövlət Universitetinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olub-FOTONaxçıvan Dövlət Universitetinin tələbələri Cəlil Məmmədquluzadənin ev-muzeyində olub-FOTO

Naxcivanxeberleri.com

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Kasım 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930