SON DƏQQƏ

naxcivanxeberleri.com

DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir

DİM 5-11-ci siniflər üzrə sınaq imtahanları keçirir
4-08-2020, 10:38

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair test tapşırıqlarının otk.az portalına yerləşdirilməsi başa çatıb.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Mərkəzdən  verilən məlumata görə, şagirdlər və ya abituriyentlər portalda fənlər və siniflər üzrə də sınaq imtahanları vermək imkanına malikdirlər.

Abituriyentlər (şagirdlər) 5-11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair portala yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, hazırlıq səviyyələrini yoxlaya bilərlər. Sınaq imtahanına yazılmaqla iştirakçılar fənnin mündəricatında olan hər bir mövzu üzrə 10 test tapşırığına cavab verirlər. Bundan əlavə, həmin sinif (fənn) üzrə 5 qiymətləndirmə sınağından da istifadə etmək mümkündür:

"Qeyd edək ki, hazırda kampaniya həyata keçirilir və hər sinif (fənn) üzrə sınaq imtahanının qiyməti sentyabr ayının əvvəlinədək 1 manat olacaq. İmtahana yazıldığınız fənnin materialları 1 il aktiv olur. Bu müddət ərzində siz tapşırıqlara, öz cavablarınıza və tapşırıqların düzgün cavablarına baxa bilərsiniz".

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930