SON DƏQİQƏ

naxcivanxeberleri.com

DİM Mədəniyyət Nazirliyinə işə qəbul olmaq istəyən namizədlərə müraciət etdi

DİM Mədəniyyət Nazirliyinə işə qəbul olmaq istəyən namizədlərə müraciət etdi
30-07-2020, 16:30

Dövlət İmtahan Mərkəzi (DİM) Mədəniyyət Nazirliyində vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçən namizədlərə müraciət edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, DİM-dən bildirilib ki, Mədəniyyət Nazirliyindən Dövlət İmtahan Mərkəzinə daxil olmuş məktubda yeni mədəniyyət idarəetmə sisteminin formalaşdırılması məqsədilə Nazirlikdə struktur dəyişikliklərinin aparıldığı bildirilir.

Struktur dəyişikliyi ilə əlaqədar olaraq, Nazirliyin aparatında və strukturuna daxil olan qurumlarda vakant inzibati vəzifələrin tutulması məqsədilə 13 yanvar 2020-ci il tarixində elan edilmiş müsabiqənin müsahibə mərhələsi üzrə qeydiyyatdan keçmiş namizədlərlə planlaşdırılmış müsahibələr ləğv edilmişdir.

Struktur dəyişikliyi yekunlaşdıqdan sonra Nazirlikdə vakant olan vəzifələrin tutulması məqsədilə yeni müsahibə elanlarının verilməsi nəzərdə tutulur.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31