SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda 2020-ci ilin birinci yarısı təhsil üçün uğurlu dövr olub

Naxçıvanda 2020-ci ilin birinci yarısı təhsil üçün uğurlu dövr olub
29-07-2020, 16:41

29 iyul 2020-ci il tarixdə Təhsil Nazirliyində altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasından irəli gələn məsələlər, 2020-ci ilin birinci yarısında görülən işlər və qarşıda duran vəzifələrə dair Kollegiya iclası keçirilib.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,kollegiya iclasında çıxış edən Təhsil naziri Rəhman Məmmədov bildirib ki, 2020-ci ilin birinci yarısında muxtar respublikada sosial-iqtisadi inkişafın təmin olunması bütün sahələrdə olduğu kimi təhsildə də nailiyyətlərin qazanılmasına səbəb olmuşdur. Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin diqqət və qayğısı sayəsində təhsil müəssisələrinin maddi-tədris bazasının möhkəmləndirilməsi sahəsində işlər 2020-ci ilin birinci yarısında da davam etdirilmiş, ötən müddət ərzində Ordubad rayon Vənənd və Şərur rayon Muğancıq-Mehrab kənd tam orta məktəb binaları tikilmiş və ya əsaslı şəkildə yenidənqurularaq istifadəyə verilmiş, Şərur rayon məktəbdənkənar təhsil müəssisələrində və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə innovativ dərnəklər yaradılmışdır.

Nazir qeyd edib ki, müəllim nüfuzunun artırılması, təhsil işçilərinin fəaliyyətinin stimullaşdırılması da diqqətdə saxlanılmış, təhsil sahəsində səmərəli fəaliyyətlərinə görə 2 müəllim “Naxçıvan Muxtar Respublikasının Əməkdar müəllimi” fəxri adı ilə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının əməkdaşı “Tərəqqi” medalı ilə təltif olunubdur. Bunlarla yanaşı, hesabat dövründə xüsusi istedadı ilə fərqlənən şagirdlər də dövlət qayğısı ilə əhatə olunmuş, təhsil və idman sahəsində fərqlənən 2 şagird Ali Məclis Sədrinin xüsusi aylıq təqaüdünə layiq görülmüş, onların adı Gənc istedadların Qızıl kitabına yazılmışdır.

Vurğulanıb ki, hesabat dövründə ümumilikdə 14 interaktiv dərs keçirilib, 370 saat nümunəvi dərs tədris olunmuşdur. Bunlarla yanaşı müəllimlərin peşəkarlıq səviyyələrinin artırılması məqsədilə yeni işə qəbul edilmiş gənc müəllimlər, məktəb psixoloqları, müxtəlif ixtisas müəllimləri ilə seminarlar, elmi-praktik konfranslar və müşavirələr keçirilmiş, laborator təlimlər, ixtisasartırma kursları təşkil edilmişdir.

Bildirilib ki, muxtar respublikada şahmatın tədrisinin keyfiyyətinin yaxşılaşdırılması və müəllimlərin peşəkarlıq səviyyəsinin artırılması diqqətdə saxlanılmış, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi və Şahmat Federasiyasının birgə təşkilatçılığı ilə iyulun 20-də şahmatı tədris edən müəllimlərin növbəti ödənişsiz sertifikasiya imtahanı keçirilmiş, uğurlu nəticə göstərən 18 müəllim yeni tədris ilindən etibarən ümumtəhsil məktəblərində şahmatı tədris etmək hüququ qazanmışlar.

2020-ci ilin I yarısında gənclərin müəllim peşəsinə cəlb edilməsi istiqamətində ciddi addımlar atılmış, müəllimlərin işə qəbulu üzrə keçirilən imtahanlarda 70 nəfər müəllim 55 nəfər isə vəzifələrə təyin olunmuş, yeni işə təyin olunan müəllimlərə  3 günlük seminar keçirilmişdir.

Muxtar respublikada mart ayının 4-dən etibarən Ali Məclis Sədrinin tapşırığına əsasən proqram üzrə dərslərin keçirilməsi məqsədi ilə fənn müəllimlərindən götürülmüş mövzular sinif rəhbərləri tərəfindən gündəlik olaraq şagirdlərə çatdırılıb. Həmçinin şagirdlərin mövzuları daha da dərindən mənimsəmələri üçün Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin portalında siniflər üzrə ayrı-ayrı fənlərdən video dərslər və elektron dərs resursları yerləşdirilmiş, isə vizuallaşdırılmış dərslər bölməsi yaradılmışdır. İyun ayının 16-dan başlayaraq kütləviliyin qarşısının alınması məqsədi ilə müxtəlif vaxtlarda dərsliklərin yığılması prosesi və müvafiq qaydaya uyğun olaraq şagirdlərin illik qiymətləndirmələri aparılmışdır.

 “Naxçıvan Muxtar Respublikasında ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinin vəziyyəti və innovasiyaların dəstəklənməsi barədə” keçirilən müşavirədə Ali Məclisin Sədri tərəfindən verilmiş tapşırıqlara uyğun olaraq il ərzində ümumilikdə 43 dərslik müzakirə olunmuş, dərsliklərin təkmilləşdirilməsi üçün 514 rəy və təkliflər hazırlanaraq Azərbaycan Respublikası Təhsil Nazirliyinə təqdim edilmişdir.

Nazir bildirib ki, Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən hər il keçirilən təhsildə inkişaf və innovasiyalar üzrə qrant müsabiqəsində ilk dəfə olaraq muxtar respublikadan 27 layihə təqdim edilmiş,  onlardan fərdi kateqoriya üzrə 3, ümumtəhsil müəssisələri kateqoriyası üzrə isə 2 layihə qalib elan olunmuşdur. Respublika fənn olimpiadasında da muxtar respublikanın məktəbliləri uğurlu nəticələr göstərərək 4 qızıl, 7 gümüş,         13 bürünc olmaqla, ümumilikdə 24 medal qazanmışlar.

           2020-ci ildə muxtar respublikanın ümumtəhsil məktəblərindən Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən liseylərə qəbul aparılmış, ən yüksək nəticə göstərən 60 şagird Naxçıvan Qızlar Liseyinə, 60 şagird isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul olmuşdur. Həmçinin Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin tapşırığı əsasında Təhsil Nazirliyi tərəfindən intellektli, istedadlı şagirdlərin rəsm və dekorativ əl işlərindən nümunələr və həmin şagirdlər barədə fotolar və məlumatlar olan “İstedadlı şagirdlər” albom-kataloqu hazırlanmışdır.

         Nazir qeyd edib ki, muxtar respublikanın iqtisadi inkişaf strategiyasında peşə təhsilinin prioritet rolu nəzərə alınaraq, əmək bazarının tələbinə uyğun müxtəlif ixtisaslar üzrə peşə hazırlığının təşkilinə dair seminarlar təşkil edilmiş, 34 qrupdan 849 müdavim məzun olaraq müvafiq təhsil sənədi almış və istehsalatın müxtəlif sahələrində fəaliyyətə başlamışlar.

         Sonra məruzə ətrafında Naxçıvan Şəhər Təhsil Şöbəsinin müdiri Elşən Qəbulov, Kəngərli Rayon Təhsil Şöbəsinin müdiri Emin Məmmədxanlı, Naxçıvan Şahmat Mərkəzinin direktoru Emin Hacıyev və Naxçıvan Şəhər Peşə Liseyinin direktoru Sona Əliyeva çıxış edib.

         Təhsil naziri kollegiya iclasına yekun vuraraq bildirib ki, altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Ali Məclisin Sədri bütün aidiyyəti orqanlar kimi Təhsil Nazirliyinin də üzərinə mühüm vəzifələr qoyaraq demişdir: “Təhsil Nazirliyi növbəti tədris ilinə hazırlığı davam etdirməli, elektron və distant təhsil imkanları təkmilləşdirilməlidir”.

         Nazir bildirib ki, Təhsil Nazirliyi 2020-ci ilin ikinci yarısında altıncı çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin üçüncü sessiyasında Ali Məclisin Sədri tərəfindən qarşıya qoyulan vəzifələri layiqincə yerinə yetirəcək, növbəti tədris ilinə hazırlıq yüksək səviyyədə təmin olunacaq, elektron və distant təhsil imkanları daha da təkmilləşdiriləcəkdir. Həmçinin təhsil müəssisələrində tədrisin səmərəliliyinin və keyfiyyətinin yüksəldilməsi, müəllimlərin peşə bacarıqlarının artırılması, təcrübə mübadilələrinin təşkili, fənn kurikulumlarının tətbiqi, informasiya kommunikasiya texnologiyalarına təlim prosesində geniş yer ayrılması, məktəbin idarə edilməsi, məktəbdaxili nəzarətin təşkili, məktəb sənədlərinin işlənməsi, interaktiv dərslərin təşkili, laboratoriyalardan, elektron lövhələrdən səmərəli istifadə, ümumi təhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılması, istedadlı şagirdlərin üzə çıxarılması, innovativ dərnəklərin yaradılması, peşə məktəbləri və peşə liseyində yeni ixtisaslar üzrə kadrların hazırlanmasına diqqəti daha da artıracaqdır.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31