SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!

Qəbul imtahanlarına hazırlaşan abituriyentlərin nəzərinə!
27-07-2020, 16:44

Dövlət İmtahan Mərkəzi (DİM) koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirməkdə davam edir.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, DİM-dən bildirilib ki, koronavirus (COVID-19) ilə bağlı ölkədə tətbiq edilən xüsusi karantin rejimini nəzərə alaraq abituriyentlərə dəstək məqsədilə Mərkəzin “Youtube” kanalında təcrübəli ekspertlərin bütün qəbul imtahanı fənləri üzrə mühazirələrini yerləşdirir.

Portala Azərbaycan dili, ədəbiyyat, tarix, coğrafiya, русскый язык, riyaziyyat, fizika, kimya, biologiya fənləri üzrə ümumilikdə 140 videomühazirə yerləşdirilib. Videomühazirələrin yerləşdirilməsi bundan sonra da davam edəcək. Qeyd edək ki, videomühazirələrə bu günə baxış sayı 24103-dür.

Mühazirələr qəbul proqramlarını tam əhatə etməklə, təqdim olunmuş nəzəri materialların tətbiqinə dair test tapşırıqları ilə də təchiz edilib. Videomühazirələrə buradan baxa bilərsiniz.

Bundan əlavə, abituriyentlər otk.az saytında 5–11-ci sinif dərsliklərinin hər bir mövzusuna dair yerləşdirilmiş qiymətləndirmə tapşırıqlarından istifadə etməklə, nəzəri materiallar üzrə hazırlıq səviyyələrini yoxlaya bilərlər. Hazırda saytda bütün imtahan fənləri üzrə 22890 tapşırıq yerləşdirilib.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    May 2021    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31