SON DƏQİQƏ

naxcivanxeberleri.com

Qəbul imtahanlarının ilkin tarixi açıqlandı

Qəbul imtahanlarının ilkin tarixi açıqlandı
17-07-2020, 14:51

Qəbul imtahanları təxminən avqustun 13-14-ü başlaya bilər. NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

O qeyd edib ki, bu tarix də hələ ki dəqiq deyil, çünki buraxılış imtahanlarının hamısının nəticələri elan olunmalıdır.

M.Abbaszadə bildirib ki, avqust ayında dörd gün ərzində qəbul imtahanlarının keçirilməsi planlaşdırılır. Onun sözlərinə görə, avqustun 10-dək rezidenturaya qəbul imtahanlarının keçirilməsi nəzərdə tutulur: “Dövlət qulluğu ilə əlaqəli təxirə salınan müəyyən imtahanların da avqustun 1-dən 10-na qədər baş tutması planlaşdırılır”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ocak 2022    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31