SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sahil parkında sağlamlıq imkanları məhdud yeniyetmələr arasında “Vətəni tanı” intellektual oyunu keçirilib-FOTO

Sahil parkında sağlamlıq imkanları məhdud yeniyetmələr arasında “Vətəni tanı” intellektual oyunu keçirilib-FOTO
14-07-2020, 18:46

Naxçıvan şəhərindəki Sahil parkında sağlamlıq imkanları məhdud yeniyetmələr arasında “Vətəni tanı” intellektual oyunu keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, əvvəlcə Dövlət Sosial Təminat Xidmətinin rəisi Vüqar Məmmədov, Gənclər və İdman Nazirliyinin əməkdaşı Valeh Mahmudov çıxış edərək yeniyetmələrin asudə vaxtlarının səmərəli təşkili üçün həyata keçirilən tədbirlər, həmçinin, müəyyən karantin günlərində keçirilən müxtəlif onlayn tədbirlər haqqında ətraflı məlumat vermiş, oyunun keçirilməsində məqsədin yenieytmələrin intellektual səviyyəsinin, dünyagörüşünün, zehni inkişafının stimullaşdırılması, asudə vaxtlarının səmərəli təşkili istiqamətində yeni üsullar tətbiq etməkdən ibarət olduğunu bildirmiş və iştirakçılara uğurlar arzulayıblar.

İştirakçılar Azərbaycanın pazl şəkilində olan siyasi-inzibati xəritəsini ən qısa vaxt ərzində yığmağa çalışıblar. Sonda Məmmədli İlqar xəritəni ən qısa müddətə yığaraq qalib adını qazanıb. Hacıyev Mahmud və Səfərəliyev Yusif isə müvafiq olaraq II və III yerlərə layiq görülüblər. Oyunun qaliblərinə və digər iştirakçılara təşkilatçılar tərəfindən diplom, fəxri fərman və oxunması zəruri olan kitablar hədiyyə olunub. 11 nəfər sağlamlıq imkanları məhdud yeniyetmənin iştirak etdiyi oyun Gənclər və İdman, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliklərinin, Yeni Azərbaycan Partiyası Naxçıvan Muxtar Respublika Təşkilatının Heydər Əliyev adına Gənclər Birliyinin birgə təşkilatçılığı ilə təşkil olunub.

 

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ağustos 2020    »
PtSaÇrPrCuCtPz
 12
3456789
10111213141516
17181920212223
24252627282930
31