SON DƏQİQƏ

naxcivanxeberleri.com

Yaxın günlərdə bir neçə orta məktəbə yeni direktor təyin olunacaq-Təhsil Nazirliyi

Yaxın günlərdə bir neçə orta məktəbə yeni direktor təyin olunacaq-Təhsil Nazirliyi
25-02-2019, 10:33

Azərbaycanda orta məktəb direktorlarının işə qəbulu üzrə müsabiqədə uğur qazanan daha bir neçə namizədin vəzifəyə təyinatı ilə bağlı yaxın günlərdə əmr imzalanacaq.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bu barədə “Report”un sorğusuna cavab olaraq Təhsil Nazirliyindən bildirilib.

Qeyd olunub ki, dövlət ümumi təhsil müəssisələrində vakant direktor vəzifələrinin tutulması üçün elan edilən müsabiqənin ilkin yerləşdirmə nəticələrinə əsasən, uğur qazanan 228 nəfərdən 104 nəfəri müvafiq ümumi təhsil müəssisəsinin direktoru vəzifəsinə təyin olunub və onlarla əmək müqaviləsi bağlanılıb.

“Yerdə qalan 124 namizəddən bir qismi ehtiyat kadrlar siyahısında qalmaq üçün ərizə ilə müraciət ediblər. Qalan namizədlərin təyinatı ilə bağlı yaxın günlərdə əmr layihəsi hazırlanacaq”- deyə nazirlikdən bildirilib.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CRRAHI

XƏBR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Haziran 2020    »
PtSaÇrPrCuCtPz
1234567
891011121314
15161718192021
22232425262728
2930