SON DƏQİQƏ

naxcivanxeberleri.com

Magistraturada boş qalan yerlərə ixtisas seçimi gələn ay elan ediləcək

Magistraturada boş qalan yerlərə ixtisas seçimi gələn ay elan ediləcək
29-06-2020, 11:57

Dövlət İmtahan Mərkəzi "Magistr" jurnalının 5-ci nömrəsini dərc edib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, jurnalın bu nömrəsində 2020/2021-ci tədris ili üçün Azərbaycanın ali təhsil müəssisələrinin və Azərbaycan Milli Elmlər Akademiyasının magistraturalarına qəbul olunanların siyahısı, ixtisaslaşmalar üzrə minimal keçid balları, o cümlədən dövlət sifarişi üzrə müsabiqə nəticəsində formalaşmış keçid balları və digər zəruri məlumatlar dərc olunub.

Bakalavrların nəzərinə çatdırırıq ki, magistr proqramları (ixtisaslaşmaları) üzrə boş qalan yerlərin siyahısı və həmin yerlərin müsabiqəsində iştirak etmək üçün elektron ixtisas seçimi haqqında elan iyul ayında DİM-in internet saytında və “Magistr” jurnalının növbəti sayında təqdim ediləcək.

Jurnalın elektron versiyasını (pdf formatında) DİM saytının "Elektron xidmətlər" bölməsində "DİM nəşrlərinin elektron versiyalarının onlayn satışı" xidməti vasitəsilə ödəniş etməklə əldə etmək olar.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031