SON DƏQQƏ

naxcivanxeberleri.com

Ümumtəhsil məktəblərinin 24 şagirdi Respublika fənn olimpiadasının qalibi oldu

Ümumtəhsil məktəblərinin 24 şagirdi Respublika fənn olimpiadasının qalibi oldu
17-06-2020, 20:44

Muxtar respublikada yeni məktəb binalarının tikilməsi və təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi, məktəblərin kompüter və elektron lövhələrlə təchiz edilməsi, kimya, biologiya və fizika laboratoriyalarının və fənn kabinələrinin yaradılması təhsilin səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərmişdir.

Nazirliyin  mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, göstərilən dövlət qayğısından və yaradılan şəraitdən bəhrələnərək başa vurduğumuz tədris ili ərzində xüsusi istedadlı şagirdlərin aşkar olunması, onların potensiallarının inkişaf etdirilməsi,şagirdlərdə keyfiyyətli təhsilalma, biliklərə marağı artırmaq məqsədi ilə müxtəlif bilik yarışları, müsabiqələr, muxtar respublika və respublika səviyyəli olimpiadalar keçirilmişdir.Keçirilən tədbirlər istedadlı uşaqların aşkar olunmasına, şagirdlərin müxtəlif fənlərə olan marağının artırılmasına öz töhfəsini vermiş, keçirilən fənn olimpiadaları maraqlı yanaşmalar, fərqli nəticələr və yüksək fəallıqla yadda qalmışdır.

İstedadlı şagirdlərin aşkara çıxarılmasında və  təlimdə sağlam rəqabətin yaradılmasında Respublika fənn olimpiadasının müstəsna əhəmiyyəti olmuşdur. Olimpiada 8 fənn-Azərbaycan dili və ədəbiyyat, riyaziyyat, fizika, kimya, biologiya, informatika, tarix və coğrafiya fənləri üzrə keçirilib.  Bilik yarışına xüsusi istedada və hazırlığa malik IX, X və XI sinif şagirdləri qatılıblar. Respublika fənn olimpiadasının şəhər-rayon mərhələsində 781 şagird iştirak edib ki, onlardan da 218-i yarımfinal turuna, 87-si isə final turunda iştirak etmək hüququ qazanmışdır.

İyunun 5-də və 9-da keçirilən final mərhələsində 87 şagird öz bilik və bacarığını nümayiş etdirmişdir. Olimpiadanın nəticələrinə əsasən muxtar respublikanın şagirdləri  olimpiadada yüksək uğurlar qazanmış, şagirdlərdən 4-ü qızıl, 7-si gümüş, 13-ü isə bürünc olmaqla ümumilikdə  24 nəfər qalib elan olunmuşdur. Qaliblərin 5-i IX sinif, 4-ü X sinif, 15-i isə XI sinif şagirdləridir. Respublika fənn olimpiadalarında əldə edilən 24 medalın 13-ü Təhsil Nazirliyinə birbaşa tabe  və Naxçıvan şəhərində yerləşən məktəblərin, 11-i isə rayonların payına düşür.

Muxtar respublikada yaradılan müasir tədris şəraiti gələcəkdə də şagirdlərin uğur qazanacağına əminlik yaradır.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930