SON DƏQQƏ

naxcivanxeberleri.com

Liseylərə qəbulun nəticəsi elan olundu

Liseylərə qəbulun  nəticəsi elan olundu
17-06-2020, 19:42

Təhsil Nazirliyinin nəzdindəki Naxçıvan Qızlar Liseyi və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə qəbul imtahanının nəticələri açıqlanıb.

Nazirliyin  mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, iyunun 11-də Naxçıvan Qızlar Liseyinə keçirilən müsabiqədə şagirdlərə Azərbaycan dili, riyaziyat və ingilis dili fənləri üzrə ümumilikdə 70 sual, iyunun 12-də isə Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə keçirilən imtahanda şagirdlərə Azərbaycan dili, riyaziyyat, fizika, ingilis dili, coğrafiya, tarix və biologiya fənləri üzrə ümumilikdə 100 sual təqdim edilmişdir.

Naxçıvan Qızlar Liseyinə qəbul imtahanında ümumtəhsil məktəblərinin IV sinfini bitirən 230 qız şagird,  Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseyə isə VI sinfi bitirən 352 oğlan şagird iştirak edib, onlardan ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul olunub.

Qeyd edək ki, bu liseylərdə təhsil alanlar üçün fərqli proqram tətbiq olunur, təcrübəli pedaqoji kollektivə malik hər iki lisey şagirdlərin yüksək hazırlıq səviyyəsini təmin edir, istedadı ilə seçilən şagirdlərin yerli və beynəlxalq olimpiadalara hazırlanması məqsədilə müvafiq şərait yaradılır. Bununla yanaşı, şagirdlər dövlət hesabına gündəlik yemək və Şərur Şəhər Fizika-Riyaziyyat Təmayüllü Liseydə isə yataqxana ilə təmin olunurlar.

Qəbul imtahanlarının nəticələrini Təhsil Nazirliyinin instaqram səhifəsindən və liseylərdən öyrənmək mümkündür. İmtahandan uğurla keçmiş şagirdlər iyulun 15-dək müvafiq liseylərdə qeydiyyatdan keçməlidirlər.

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930