SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz - Təhsil Nazirliyi AÇIQLADI

Bu şəxslər iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilməz - Təhsil Nazirliyi AÇIQLADI
15-06-2020, 11:06

Təhsil Nazirliyi məktəblərdə rəhbər vəzifələrdə işləyən şəxslərin, eləcə də psixoloqların iş yerlərinin dəyişdirilməsi üçün müsabiqədə iştirak edə bilib-bilməyəcəyinə aydınlıq gətirib.

NAXCİVANXEBERLERİ.COM-un məlumatına görə, bunu Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir müavini Murad Camalzadə deyib.

Onun sözlərinə görə, yerdəyişmə müsabiqəsi müəllimlər üçün keçirildiyindən, direktorlar, direktor müavinləri, psixoloqlar və s. iş yerinin dəyişdirilməsi barədə müraciət edə bilməz:

“Direktor müavinlərinin iş yerinin dəyişdirilməsi proseduru yoxdur. Bununla bağlı mərkəzləşdirilmiş qaydada tənzimlənən bir mexanizm mövcud deyil. Məsələn, direktor müavini kimi yerini dəyişdirmək istəyənlərin yerli təhsil idarəetmə orqanlarına müraciət etməsi lazımdır”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930