SON DƏQQƏ

naxcivanxeberleri.com

Təhsil naziri “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib

Təhsil naziri “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib
12-06-2020, 19:42

İyunun 12-də Təhsil naziri Ceyhun Bayramov “Virtual əlaçı” müsabiqəsinin qalibləri ilə videogörüş keçirib.

Təhsil Nazirliyindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, nazir xatırladıb ki, ölkənin ən iri onlayn platforması və 1 milyondan artıq istifadəçisi olan "Virtual məktəb" portalında keçirilən “Virtual əlaçı” bilik yarışmasının əsas məqsədi şagirdlər arasında sağlam rəqabəti artırmaq və öyrənilən bilikləri yoxlamaq olub. Hər həftə keçirilən yarışmada şagirdlər portalda “Testlər” bölməsində verilən tapşırıqları həll edir, hər sinif üçün təqdim edilmiş bu tapşırıqlara ən tez düzgün cavab vermiş ilk 10 şagird qalib elan olunur. Bu günədək müsabiqədə yüz minlərlə şagird iştirak edib və onlar arasında 149 nəfər şagird həftələr üzrə qalib elan edilib. Bakı məktəblərindən 87 nəfər, rayon məktəblərindən isə 62 nəfər qalib olub.

Ceyhun Bayramov bildirib ki, “Virtual məktəb” portalında yay aylarında məktəbdənkənar fəaliyyət, abituriyentlər üçün video məzmun, müəllimlər üçün ixtisasartırma və şagirdlər üçün karyera seçimi üzrə onlayn tədbirlər keçiriləcək

Vəfa Qasımova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930