SON DƏQQƏ

naxcivanxeberleri.com

Bu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib-FOTO

Bu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib-FOTO
12-06-2020, 08:30

Təhsilin qayğıyla əhatə olunduğu muxtar respublikada qızların təhsilalmalarına xüsusi diqqət yetirilir.

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumat verir ki, bu gün Azərbaycanda oğlanlarla bərabər qızlara da fəaliyyətin istənilən növlərində bərabər imkanlar verilir. Bu özünü təhsildə də açıq şəkildə biruzə verməkdədir. Əvvəllər ali məktəblərə qəbul səviyyəsində ən yuxarı nəticə göstərənlər arasında oğlanlar üstünlük təşkil edirdisə, son illərdə artıq imtahanlarda yüksək nəticə göstərənlər arasında qızların sayı artıb. Bu baxımdan Naxçıvan Qızlar Liseyi nümunəvi təlim-tədris prosesi ilə seçilir.

Müasir tədris şəraiti ilə təmin olunmuş Naxçıvan Qızlar Liseyinə muxtar respublikanın müxtəlif rayon və kəndlərindən şagirdlər oxumaq üçün müraciət edirlər. Liseydə təlim ümumi orta və tam orta təhsil pillələrində aparılır. Ümumtəhsil məktəbinin ibtidai təhsil pilləsini yaxşı və əla qiymətlərlə başa vuran qızların liseyə qəbulu hər tədris ilinin sonuna yaxın Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi tərəfindən seçmə üsulla, imtahan yolu ilə aparılır.

2020-2021-ci tədris ili üzrə də liseyə qəbul imtahanı bu gün saat 10:00-da Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin təşkilatçılığı ilə Naxçıvan şəhər 5 nömrəli tam orta məktəbdə keçirilib. İmtahanda mayın 7-dən mayın 29-dək aparılmış sənəd qəbulunda qeydiyyatdan keçmiş ümumtəhsil məktəblərinin IV sinfini bitirən 230 qız şagirdi iştirak edib. Müsabiqədə şagirdlərə Azərbaycan dili fənni üzrə 30, riyaziyyat fənni üzrə 30, İngilis dili fənni üzrə isə 10 olmaqla, ümumilikdə 70 sual təqdim edilib. Şagirdlərə sualları cavablandırmaq üçün 3 saat vaxt verilib. 

İmtahanda ən yüksək nəticə göstərən 60 şagird liseyə qəbul ediləcək və onlar V sinifdən Naxçıvan Qızlar Liseyində təhsil alacaqlar.

İmtahan zamanı şagirdlərin təhlükəsizliyinin təmin edilməsi, sağlamlığının qorunması məqsədi ilə bütün qabaqlayıcı tədbirlər həyata keçirilmişdir. Belə ki, nəzarətçi və şagirdlər maska ilə təmin edilmiş, hərarətləri yoxlanılmış, dezinfeksiyaedici vasitələrdən istifadə edilmişdir. Müsabiqənin keçirilməsi üçün hər sinifdə 10 şagird olmaqla, 23 sinif otağı ayrılmışdır.

Bu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib-FOTOBu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib-FOTO
Bu gün Naxçıvan Qızlar Liseyinə qəbul imtahanı keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930