SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub

Naxçıvan Dövlət Universiteti müəlliminin elmi məqaləsi nüfuzlu jurnalda dərc olunub
10-06-2020, 10:10

Naxçıvan Dövlət Universiteti Informatika kafedrasının baş müəllimi Sevinc Paşayevanın “Direktiv sənəd bazasında informasiya axtarış sisteminin bəzi istismar xarakteristikalarının təyin edilməsi” adlı məqaləsi nüfuzlu “International Journal of Modern Education and Computer Science (IJMECS)” jurnalında nəşr olunub.

 

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə,məqalədə Direktiv sənəd bazasında informasiya axtarış sisteminin bəzi istismar xarakteristikalarının təyin edilməsi üçün metod verilib. Sistemin istismarının həyat dövrləri araşdırılıb və sistem işə salındıqdan sonra aşınma və sıradan çıxma dövrü haqda ətraflı məlumat verilib. Məqalə sistemin normal istismar dövründə bəzi istismar xarakteristikalarının araşdırılmasına həsr edilib. Məqalədə sistemin normal istismar dövrü üçün istifadəçilərdən sistemə daxil olan müraciətlərin monitorinqinin təşkili medodu verilib. Monitorinq nəticələrinin araşdırılması vasitəsi ilə sistemdə imtinaların baş vermə ehtimalının  paylanma funksiyası və sistemin verilmiş vaxta qədər imtinasız işləməsi ehtimalının paylanma funksiyaları təyin edilib. Yekun olaraq sistemdəki imtinaların intensivliyi və sistemdə birinci imtinaya qədər olan orta vaxt nəzəri və eksperimental yolla təyin edilib.

Qeyd edək ki, jurnal müasir təhsilin və informatika (kompüter) elminin nəzəriyyə və təcrübəsini birləşdirməyə çalışır. İnnovativ ideyalardan spesifik alqoritmlərə və sistemin tam tətbiqinə qədər müasir təhsil və kompüter elmləri sahəsində orijinal və yüksək keyfiyyətli məqalələr dərc edən jurnal  müasir təhsil və tətbiqetmələr sahəsində qabaqcıl texnologiyalar üzərində işləyir və “CrossRef”, “Google Scholar”, “EBSCO”, “JournalSeek” kimi elmi bazalarda indeksləşir.

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930