SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sonuncu kurs tələbələrinə vakant yerlər və işə qəbulla bağlı onlayn seminar keçirib

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi sonuncu kurs tələbələrinə vakant yerlər və işə qəbulla bağlı onlayn seminar keçirib
9-06-2020, 15:21

4 il bundan öncə imtahan həyəcanı ilə ali təhsil müəssisələrinə hazırlaşan abituriyentlər bu il artıq ali təhsillərini başa vururlar. Məzun olan hər bir gənc artıq yeni işə qəbul imtahanlarına hazırlaşır. Muxtar respublikada gənclərin işlə təminatı daim diqqət mərkəzində olmuşdur.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi hamiliyə verilmiş pedaqoji profilli ixtisasların məzunlarının işlə təmin olunmasına dəstək məqsədilə onlayn seminar keçirib. Seminarda Naxçıvan Müəllimlər İnstitutunun 70-də çox məzunu iştirak edib. Məzunlar ümumtəhsil məktəblərində vakant müəllim yerləri və işə qəbulla bağlı məlumatlarla tanış olub.

Seminarı giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Təhsil nazirinin müavini Ovni Muradov qeyd etdi ki, muxtar respublikada gənc kadrların işlə təminatı daim diqqətdə saxlanılır. Pedaqoji profilli ixtisaslarda təhsil alan tələbələrə təhsildəki yeniliklər haqqında məlumat verilməsi, onların ümumtəhsil məktəblərində pedaqoji təcrübələrinin təşkili, tələbələrin dərslik və metodiki vəsaitlərin müzakirəsində iştirakının təşkili, müəllim təcrübəsinin paylaşılması və məzunların işlə təmin edilməsi məqsədilə tətbiq edilən “Sabahın müəllimi” layihəsi  muxtar respublikada innovativ təcrübəli müəllim kadrların hazırlanmasına müsbət təsir göstərir. 

Təhsil nazirinin müavini bildirdi ki, “Naxçıvan Muxtar Respublikasında pedaqoji heyətin dövlət ümumi təhsil və peşə təhsili müəssisələrinə işə qəbulu, bilik və bacarıqlarının qiymətlənməsinin aparılması Qaydaları”na uyğun olaraq müəllimlərin dövlət ümumi təhsil  müəssisələrinə işə qəbulu müsabiqə yolu ilə həyata keçirilir. Vakant vəzifənin tutulması üçün müraciət etmiş namizədlər arasında keçid balını yığmaqla ən yüksək bal toplamış şəxs müvafiq vəzifəyə təyin olunur. Bu gün keçirilən seminarın da əsas məqsədi pedaqoji profilli ixtisasların buraxılış kurs tələbələrinin muxtar respublikanın ümumtəhsil müəssisələrində olan vakant müəllim vəzifələri ilə tanış edilməsi, onlara gənc müəllimlərin işə qəbulu qaydaları ilə bağlı ətraflı məlumatların verilməsidir.

Sonra Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi Aparatının baş məsləhətçisi Şikar Hüseynov məzunlara slaydlar vasitəsilə muxtar respublika ümumtəhsil məktəblərində olan vakant müəllim vəzifələri dərs saatları ilə birlikdə, Naxçıvan Muxtar Respublikasında müəllimlərin ümumtəhsil müəssisələrinə işə qəbul qaydaları və pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlər haqqında geniş məlumat verdi.

Sonda Şikar Hüseynov gənc kadrlar üçün yaradılan şəraitə, müəllim əməyinə verilən yüksək qiymətə və gənclərin inkişafına yaradılan şəraitə görə müəllimlər adından Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinə minnətdarlığını bildirdi.

Qeyd edək ki, qrafikə uyğun olaraq iyunun 10-da Naxçıvan Universitetinin 70, iyunun 11-də isə Naxçıvan Dövlət Universitetininin 70 məzunu ilə onlayn seminar keçiriləcəkdir.

                                                           

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930