SON DƏQQƏ

naxcivanxeberleri.com

DİM vətəndaş qəbulu ilə bağlı qərar verdi

DİM vətəndaş qəbulu ilə bağlı qərar verdi
9-06-2020, 14:37

Buraxılış (qəbul) imtahanlarının keçirilməsi ilə əlaqədar Dövlət İmtahan Mərkəzinin Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda olan regional bölmələrində 10 və 11 iyun tarixlərində vətəndaşların qəbulu həyata keçirilməyəcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, mərkəzdən  verilən məlumata görə, vətəndaşların qəbulu iyunun 12-si və daha sonrakı iş günlərində (imtahan günləri istisna olmaqla) davam etdiriləcək.

Xatırladaq ki, DİM-in Bakı şəhərində yerləşən inzibati binalarında və rayonlarda yerləşən regional bölmələrində vətəndaşların qəbulu Mərkəzin internet saytı vasitəsilə yalnız əvvəlcədən onlayn növbə götürməklə həyata keçirilir.

Vətəndaşlardan yalnız zəruri hallarda onlayn növbə götürmək və xidmət mərkəzlərinə yaxınlaşmaq xahiş olunur.

Tibbi maskasız müraciət edənlərin qəbulu həyata keçirilmir.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930