SON DƏQQƏ

naxcivanxeberleri.com

Yaz imtahan sessiyası başladı

Yaz imtahan sessiyası başladı
8-06-2020, 16:06

Bu gün ali və orta ixtisas təhsili müəssisələrində təhsil alan tələbələr üçün yaz imtahan sessiyasına start verilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Təhsil Nazirliyindən  verilən məlumata görə, imtahanlar COVID-19 pandemiyası ilə əlaqədar olaraq onlayn şəkildə təşkil olunub.

Yaz imtahan sessiyasına özünü hazır hiss etməyən tələbələr iştirakdan imtina edə bilərlər. Bu tələbələr üçün avqust-sentyabr aylarında ödənişsiz şəkildə icmal mühazirələr təşkil olunacaq (bunun üçün tələbələr təhsil aldıqları təhsil müəssisəsinə müraciət etməlidir).Tələbə təhsil aldığı təhsil müəssisəsinə müraciət edərək, təşkil olunan 4 həftəlik məsləhət saatlarına qatıla bilər. Məsləhət saatlarında əsas mövzular üzrə istiqamətlər veriləcək. Avqustun sonundan etibarən sentyabrın 15-dək bu tələbələr üçün yenidən imtahanda iştirak şansı yaradılacaq.

Həmçinin, buraxılış ilində tədris alan 40 mindən artıq tələbə dövlət imtahanından azad edilib (əvvəlki akademik göstəriciləri əsas götürülməklə).

Qeyd edək ki, bu yaz imtahan sessiyasının ədalətli və mövcud şəraitin hamı üçün yaratdığı çətinlikləri nəzərə almaqla keçirilməsinə, şikayətlərin operativ şəkildə baxılıb həll edilməsinə Təhsil Nazirliyi bilavasitə nəzarət edəcək.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930