SON DƏQQƏ

naxcivanxeberleri.com

Azərbaycanda yeni qaydada növbəti sınaq imtahanı keçiriləcək

Azərbaycanda yeni qaydada növbəti sınaq imtahanı keçiriləcək
8-06-2020, 11:38

Dövlət İmtahan Mərkəzinin mütəxəssislərinin hazırladığı "ProctorDİM" adlı xüsusi proqram təminatı vasitəsilə növbəti onlayn sınaq imtahanı keçiriləcək.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, Mərkəzdən verilən məlumata görə, proqramda bir çox təhlükəsizlik məsələləri nəzərə alınıb. 

Proqram işə salındığı andan etibarən istifadəçinin ekranı, eləcə də kamera vasitəsilə istifadəçinin özü video nəzarətə götürülür və bütün imtahan prosesi videoya çəkilərək mərkəzə ötürülür.

İstifadəçilərin imtahana daxil ola bilmələri üçün üztanıma proqramı vasitəsilə şəxsiyyətləri dəqiqləşdirilir.

Bütün imtahan prosesi nəzarətçilər tərəfindən onlayn izlənilir. İmtahan başa çatan kimi istifadəçi topladığı bal haqqında məlumat alır.

İmtahan iştirakçıları proqram vasitəsilə Azərbaycan dilindən fərqli dildə olan 11-ci sinif şagirdlərinin verdiyi Azərbaycan dili (dövlət dili) imtahanını verə bilərlər.

Onlayn sınaq imtahanında iştirak etmək istəyənlər Mərkəzin internet saytında “Şəxsi kabinet” açdıqdan (şəxsi kabineti olmayanlar) sonra verilən linkdə (https://eservices.dim.gov.az/elimt/BurSinaq) qeydiyyatdan keçməlidirlər.

İmtahanda iştirak ödənişsizdir.

İmtahana qeydiyyat 8 iyun saat 11:30-dan 17:00-dək aparılır. İmtahanın iyunun 9-da saat 12:00-da keçirilməsi nəzərdə tutulur. İmtahanda hələlik 500 istifadəçinin iştirakı planlaşdırılır.

Onlayn sınaq imtahanında iştirak etmək üçün istifadəçi “ProctorDİM” proqramını yükləyib kompüterinə quraşdırmalıdır (https://otk.az/ProctorDIM/ProctorDIM.zip).

Kompüterinizdə proqramı istifadə edə bilmək üçün lazımi sistem tələbləri ilə qeydiyyat səhifəsində tanış ola bilərsiniz. (https://eservices.dim.gov.az/elimt/BurSinaq/System....

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930