SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində “Gənclərdə büdcə savadlılığı” təlimi keçirilib

Naxçıvan Dövlət Universitetində “Gənclərdə büdcə savadlılığı” təlimi keçirilib
20-02-2019, 16:50

Naxçıvan Dövlət Universitetində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin “Gənclərdə büdcə savadlılığı” adlı təlimi keçirilib.
NAXCİVANXEBERLERİ.COM xəbər verir ki,universitetin magistratura üzrə dekanlığında keçirilən tədbiri giriş sözü ilə açan universitetin elmi katibi, riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məftun İsmayılov Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2015-ci il 27 iyul tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsi haqqında” Sərəncamını diqqətə çatdırıb. Bildirilib ki, tələbələrin bu layihə çərçivəsində keçirilən tədbirlərdə iştirakı, onların təlim məşğələlərində müvafiq bilik və bacarıqlar əldə etmələri ilə yanaşı, ümumi dünyagörüşlərinin genişlənməsinə, müasir informasiya cəmiyyətində tələb olunan səviyyədə hərtərəfli məlumata sahib olmalarına köməklik göstərir.
Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru, iqtisad üzrə fəlsəfə doktoru Sevinc Cabbarova “Mühasibat uçotu və audit”, “İqtisadiyyat”, “Menecment”, “Dünya iqtisadiyyatı” ixtisasları üzrə 80-dən çox tələbənin cəlb olunduğu təlim haqda ətraflı məlumat verərək, keçirilən layihənin əhəmiyyətindən danışıb.
Daha sonra Nazirliyin Büdcə şöbəsinin baş məsləhətçisi Ramil Hüseynov “Dövlət büdcəsini anlayaq” mövzusunda hazırlanmış təlim materialı vasitəsi ilə Azərbaycan Respublikası dövlət büdcəsinin məqsədi, dövlət büdcəsinin tərtibi, müzakirəsi, təsdiqi, icrası, icrasına nəzarət haqqında ətraflı məlumat verib.
Nazirliyin İqtisadi sahələrin maliyyəsi şöbəsinin aparıcı məsləhətçisi Qənbər Xudiyev “Ailə büdcəsinin tərtibi və onun tətbiqi” adlı çıxışında gənclərdə ailə büdcəsinin effektiv planlaşdırılmasının məqsəd və əhəmiyyəti, ailə büdcəsinin təhlil olunmasının vacibliyi, xərclərin müəyyən edilməsi və təhlili, pulun idarə olunması və xərclərin gəlirlərə uyğun qurulması işlərinin əhəmiyyəti barədə danışıb.
Mövzu ilə bağlı suallar cavablandırılıb. Tələbələrin keçirilən təlimlə əlaqədar bilik səviyyələrinin yoxlanılması məqsədilə keçirilən interaktiv mərhələdə 4 komanda iştirak edib. Yarışda universitetin “İqtisadiyyat” komandası qalib olub. “Mühasibat uçotu“ komandası II, “Menecment” komandası III, Dünya iqtisadiyyatı komandası isə IV yerə layiq görülüb. Qaliblərə müvafiq sertifikatlar, “Oxunması zəruri olan kitabların siyahısı”na daxil edilmiş kitablar təqdim edilib.



Naxçıvan Dövlət Universitetində “Gənclərdə büdcə savadlılığı” təlimi keçirilibNaxçıvan Dövlət Universitetində “Gənclərdə büdcə savadlılığı” təlimi keçirilib
Naxçıvan Dövlət Universitetində “Gənclərdə büdcə savadlılığı” təlimi keçirilib

Zeynəb Hüseynzadə

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Baxılıb: 281
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Mart 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728293031