SON DƏQİQƏ

naxcivanxeberleri.com

NDU Tibb fakültəsinin tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər

NDU Tibb fakültəsinin tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər
5-06-2020, 17:30

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsinin həkim, rezident  və tələbələri “Qarıngərmə əməliyyatı – abdomenoplastikanın icrası və sonrakı dövrün izahı” adlı cərrahi əməliyyatda onlayn iştirak ediblər.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, international Medical Center 2 (Beynəlxalq Tibb Mərkəzi)  klinikasının baş həkimi və ümumi cərrahı Elvin Əliyevin həyata keçiridiyi əməliyyat universitetin facebook (ndu.edu.az)  sosial şəbəkəsi üzərindən canlı yayınlanıb.

2 saatdan artıq davam edən canlı yayın izləyicilər tərəfindən maraqla qarşılanıb. Koordinasiyası və canlı videotəqdimatı tibb fakültələrinin tələbələri tərəfindən təşkil edilən onlayn əməliyyatda müəllim və tələbələrin sualları da cavablandırılıb.

Qeyd edək ki, 2005-2011-ci illərdə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin “Pediatriya” ixtisasında təhsil alan Elvin Əliyev 2011-2016-cı illərdə Azərbaycan Tibb Universitetində “Ümumi cərrahiyyə” ixtisası üzrə Rezidentura təhsili alıb.  Doktor Elvin Əliyev plastik cərrahiyyə, qarın gərmə, body lifting üzrə Türkiyədə ixtisas kursunda olub. Plastik cərrahiyyədə daha çox qarın gərmə əməliyyatları ilə məşğul olan həkim dünyada ən çox bu əməliyyatları edən həkimlərin siyahısındadır. İndiyədək minlərlə qarın gərmə, abdominoplastika əməliyyatları icra edən  Elvin Əliyev estetik-plastik cərrahiyyə üzrə ixtisaslaşıb.

 

 NDU Tibb fakültəsinin tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər
NDU Tibb fakültəsinin tələbələri Beynəlxalq Tibb Mərkəzi həkiminin cərrahi əməliyyatını onlayn izləyiblər

 

 

 

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031