SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvanda peşə kurslarına maraq artıb

Naxçıvanda peşə kurslarına maraq artıb
6-12-2018, 21:43 262 dəfə baxılıb

Naxçıvan Texniki Peşə və Sürücülük Məktəbində hazırda 13 qrupda 330 müdavim təhsil alır. Həmin qruplardan 2-si qadın, 11-i isə kişi qruplarıdır. Müdavimlərin sürücülük peşəsinə dərindən yiyələnmələri üçün hərtərəfli şərait yaradılıb. Belə ki, məktəbdə 4 elektron lövhəli sinif, 2 avtotrenajor otağı və müasir tələblərə cavab verən yürüş təlim meydançası müdavimlərin ixtiyarına verilib.

Məktəbdə “BC”, “B”, “C”, “E”, “D” kateqoriyaları üzrə sürücülər hazırlanır.

Naxçıvan Şəhər Peşə Liseyində də müdavimlər müxtəlif ixtisas üzrə kurs keçirlər. Hazırda liseydə bərbər-manikürçü, kişi bərbəri, qazanxana maşinisti, elektron lövhə istifadəçisi kursları fəaliyyət göstərir. Bu kurslarda 101 müdavim təhsil alır. Liseydə bu il noyabr ayının əvvəlindən ilk dəfə olaraq turizm agenti kursu fəaliyyətə başlayıb.
(nuhcixan)

Səriyyə Alməmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
NEKROLOQ

«    Şubat 2019    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
25262728