SON DƏQİQƏ

naxcivanxeberleri.com

Naxçıvan şəhər məktəbliləri Beynəlxalq Yaradıcılıq Festivalında  uğur qazanıblar

Naxçıvan şəhər məktəbliləri  Beynəlxalq  Yaradıcılıq Festivalında  uğur qazanıblar
2-06-2020, 12:08

 

Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf  Mərkəzi tərəfindən 7 may-1 iyun tarixlərində “Üç alov” adlı Beynəlxalq folklor, klassik və müasir yaradıcılıq festivalı keçirilib.

 

Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin mətbuat xidmətindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, mövcud vəziyyətlə bağlı onlayn platformada keçirilən festivalın əsas məqsədi Azərbaycan və xarici ölkələrin adət-ənənə və zəngin mədəni irslərinin öyrənilməsi, qorunub saxlanması və inkişafı, ənənəvi folklor, klassik, müasir incəsənətin  müxtəlif  istiqamətləri üzrə uşaq və gənclərin cəlb edilməsi, xarici ölkələrin kollektivləri ilə yaradıcılıq nailiyyətlərinin mübadiləsi, incəsənət sahəsində ən istedadlı və perspektivli uşaq və gənclərin aşkara çıxarılması və onların bədii-estetik səviyyəsinin yüksəldilməsindən ibarətdir.  

Həmin müsabiqədə Naxçıvan şəhər 1 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Tahirov Bayram Tural oğlu  Rəqs nominasiyası üzrə, Naxçıvan şəhər 8 nömrəli tam orta məktəbin 7-ci sinif şagirdi Vəliyeva Məleykə Aftandil qızı isə Klassik instrumental ifaçılıq nominasiyası üzrə onlayn şəkildə iştirak etmişlər. Hər iki şagirdin çıxışı qiymətləndirilərək  həvəsləndirici yerə layiq  görülmüşdür. Uğur qazanan şagirdlər “Qran Pri” diplomu ilə mükafatlandırılacaq.

Qeyd edək ki, Azərbaycan Respublikası Təhsil Nazirliyinin Uşaq Gənclər İnkişaf Mərkəzi tərəfindən hər il keçirilən “Üç alov” Beynəlxalq Yaradıcılıq Festivalında Naxçıvanlı məktəblilər ilk dəfə iştirak edib.

 

 

 Naxçıvan şəhər məktəbliləri  Beynəlxalq  Yaradıcılıq Festivalında  uğur qazanıblar
Naxçıvan şəhər məktəbliləri  Beynəlxalq  Yaradıcılıq Festivalında  uğur qazanıblar

 

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031