SON DƏQQƏ

naxcivanxeberleri.com

İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək

İyun ayında 190 000 şagird buraxılış imtahanlarında iştirak edəcək
1-06-2020, 11:19

“Artıq iyun ayı üçün keçirilməsi nəzərdə tutulan buraxılış imtahanlarının cədvəl qrafiki açıqlanıb. 190 min insan bir ay ərzində buraxılış imtahanlarında iştirak etməlidir. Onlardan 94 mini 11-ci sinfin məzunlarıdır”.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, bunu Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə keçirdiyi onlayn brifinqdə deyib.

Onun sözlərinə görə, bir həftə ərzində təxminən 45 min insan hər həftə imtahana qatılacaq: “1500-ə yaxın məktəb binası imtahanlar üçün ayrılıb və həmin yerlərə tərəfimizdən baxış keçirilib. Binaların hazırlığı ciddi məsələ idi. Çünki binanın sanitar-gigiyena qaydalarına uyğun hazırlanması mütləq idi”.

DİM sədri qeyd edib ki, bu gündən imtahanlara buraxılış vərəqələrinin çapına başlanılıb: “İmtahanlarda iştirak edəcək şəxslər mütləq “Yaddaş kitabçası” da əldə etməlidirlər. İmtahana hər bir şəxs qoruyucu tibbi maska ilə gəlməlidir”.

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Ekim 2020    »
PtSaÇrPrCuCtPz
 1234
567891011
12131415161718
19202122232425
262728293031