SON DƏQİQƏ

naxcivanxeberleri.com

Sədərək Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may “Respublika günü” münasibətilə şeir müsabiqəsi keçirilib

Sədərək Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may “Respublika günü” münasibətilə şeir müsabiqəsi keçirilib
29-05-2020, 17:42

26 may 2020-ci il tarixində Sədərək Rayon Təhsil Şöbəsinin təşkilatçılığı ilə 28 may “Respublika günü” ilə əlaqədar olaraq rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında “zoom” proqramı vasitəsilə onlayn şeir müsabiqəsi keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, keçirilən müsabiqədə rayon ümumtəhsil məktəblərinin direktorları və məktəblərin VII-IX siniflərindən 11 şagird iştirak etmişdir.
Müsabiqədən öncə çıxış edən Sədərək Rayon Təhsil Şöbəsinin müdiri Malik İsmayılov qarşıdan gələn “Respublika günü” münasibətilə şagirdləri təbrik etmiş, Respublika günü ilə bağlı şagirdlərə geniş məlumat verərək uğurlar arzulamış və müsabiqəni açıq elan etmişdir.
Gərgin və maraqlı keçən müsabiqənin sonunda münsiflər heyətinin yekun qərarına əsasən I yerə Heydərabad qəsəbə tam orta məktəbinin VIII sinif şagirdi Bayramlı Şəfayət, II yerə Sədərək kənd 1 nömrəli tam orta məktəbin VII sinif şagirdi Rzazadə İnci, III yerə Sədərək kənd 2 nömrəli tam orta məktəbin VII sinif şagirdi Məmmədli Roza və həvəsləndirici yerə isə Sədərək kənd 1 nömrəli tam orta məktəbin VIII sinif şagirdi Rzazadə Murad layiq görülmüşdür.
Sonda qaliblər təşkilatçıların diplomları ilə təltif olunmuşlar.

Sədərək Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may “Respublika günü” münasibətilə şeir müsabiqəsi keçirilib

Sədərək Rayon ümumtəhsil məktəblərinin şagirdləri arasında 28 may “Respublika günü” münasibətilə şeir müsabiqəsi keçirilib

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XBƏR LENTİ
BTÜN XBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Temmuz 2020    »
PtSaÇrPrCuCtPz
 12345
6789101112
13141516171819
20212223242526
2728293031