SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində onlayn praktik simulyasiyalar keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində onlayn praktik simulyasiyalar keçirilib-FOTO
27-05-2020, 09:51

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində ndu.edu.az instaqram səhifəsi üzərindən “Onlayn stomatoloji simulyasiyalar” adlı onlayn praktik simulyasiyalar keçirilib.

NAXCİVANXEBERLERİ.COM xəbər verir ki, simulyasiyalar Naxçıvan Dövlət Universitetinin “Stomatologiya” kafedrasının baş müəllimi, tibb üzrə fəlsəfə doktoru, həkim-stomatoloq Rauf Cəfərov və həkim-stomatoloq Zaur Hüseynovun rəhbərliyi ilə “Stomatologiya” ixtisası üzrə III kursda təhsil alan tələbələr Aygün Yusifova, Kübarə Məmmədova və Səmidə Şabanovanın təqdimatı ilə keçirilib.
Tədbiri giriş sözü ilə Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədov açaraq tibb fakültəsində stomatoloji kadrların yetişdirilməsi üçün yaradılmış şərait və tədbirin məqsədi haqqında məlumat verib.
Məşğələlərdə tələbələr yonulmuş dişlər üzərində qapaqların hazırlanmasının kliniki mərhələlərini nümayiş etdirmiş, metal keramika qapaqlar hazırlanan dişlərin yonulma mərhələləri, vasitələri, əsas və köməkçi ölçülərin alınma metodları, ölçü materiallarının üstün və çatışmayan cəhətləri izah olunmuş və bunlar diş simulyatorları (Fantom) üzərində əyani surətdə nümayiş etdirilib. Tədbirdə karies və onu profilaktikası, qarşısının alınma yolları, diş kanallarının açılması, doldurulması, irriqasiyası, kanalların endodontik yolla işlənməsi qaydaları təqdim edilmişdir.
Canlı yayım izləyicilər tərəfindən çox maraqla qarşılanıb.

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində onlayn praktik simulyasiyalar keçirilib-FOTO

Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində onlayn praktik simulyasiyalar keçirilib-FOTO
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində onlayn praktik simulyasiyalar keçirilib-FOTO
Naxçıvan Dövlət Universitetinin Tibb fakültəsində onlayn praktik simulyasiyalar keçirilib-FOTO

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930