SON DƏQQƏ

naxcivanxeberleri.com

Naxçıvan Dövlət Universitetində növbəti onlayn seminar Konservatoriyada təşkil edilib

Naxçıvan Dövlət Universitetində növbəti onlayn seminar Konservatoriyada təşkil edilib
24-05-2020, 13:21

Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə NDU tələbələrinə onlayn seminar keçib.

Naxçıvan Dövlət Universitetində növbəti onlayn seminar Konservatoriyada təşkil edilib.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, “Azərbaycan musiqi mədəniyyətinin inkişafı” mövzusunda elmi seminarı Azərbaycan Milli Konservatoriyasının müəllimi, professor Abbasqulu Nəcəfzadə keçib.

İncəsənət fakültəsinin dekanı, Naxçıvan Muxtar Respublikasının Əməkdar rəssamı seminar iştirakçılarını salamlayıb və keçirilən ustad dərslərinin əhəmiyyətini qeyd edib. Mözvu aktuallığı ilə seçilən seminarın işinə uğurlar arzulayıb.

Professor Azərbaycan muğamlarının müqayisəli təhlilinə geniş yer verib. Qeyd edilib ki, muğam  Şərq xalqlarına mənsub milli, şifahi ənənələrə əsaslanan klassik musiqi nümunəsidir. Bildirilib ki, Azərbaycan xalq musiqisinin əsasını təşkil edən muğamların "Rast", "Şur", "Segah", "Çahargah", "Bayatı-Şiraz", "Şüştər" və "Humayun" adlı 7 əsas növü vardır. Professor kamança, tütək, zurna alətlərində canlı ifalar etməklə seminarın təcrübi əhəmiyyətini artırıb.   

Seminarda müəllim və tələbələrin sualları cavablandırılıb.

 Naxçıvan Dövlət Universitetində növbəti onlayn seminar Konservatoriyada təşkil edilib
Naxçıvan Dövlət Universitetində növbəti onlayn seminar Konservatoriyada təşkil edilib

Aynurə Yusifova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930