SON DƏQQƏ

naxcivanxeberleri.com

Ali təhsil ocağının Tibb fakültəsində beynəlxalq onlayn elmi konfrans keçirilib-FOTO

Ali təhsil ocağının Tibb fakültəsində beynəlxalq onlayn elmi konfrans keçirilib-FOTO
23-05-2020, 13:13

Naxçıvan Dövlət Universiteti Tibb fakültəsində  “Qaraciyər xarici öd yollarının patologiyaları zamanı cərrahi taktika”  adlı beynəlxalq onlayn elmi konfrans keçirilib. Konfransı giriş sözü ilə açan universitetin rektoru Elbrus İsayev artıq fakültələrdə bir ənənə halını alan konfransların elmi və təcrübi əhəmiyyətini qeyd edib. Bildirilib ki, universitetin sahib olduğu informasiya kommunikasiya texnologiyaları imkanları hesabına ali təhsil ocağında bu cür  onlayn treninqlər, konfranslar, simulyasiyalar heç bir çətinlik çəkmədən keçirilir. Rektor konfransın işinə uğurlar arzulayıb və bu cür beynəlxalq əhəmiyyətli tədbirlərin tələbələrin gələcək peşə hazırlığında vacib əhəmiyyətini vurğulayıb.

NDU-nun Televiziya, mətbuat və ictimaiyyətlə əlaqələr bölməsindən NAXCİVANXEBERLERİ.COM-a verilən məlumata görə, tibb fakültəsinin dekanı, dosent Elsevər Əsədovun təşkilatçılığı ilə keçirilən konfransda Türkiyə Respublikasından, Bakı şəhərindən və Naxçıvan Dövlət Universitetindən ixtisaslı cərrahlar iştirak edib.     

200-dən artıq müəllim və tələbənin iştirakı ilə keçirilən konfransda Kayseri Erciyes Universitetinin professoru Erdoğan Sözüer “Pankreasbaşı kanserlerinde onkolojik sürecler sırasında  tartışmalı konular”, Azərbaycan Tibb Universititinin professoru, Azərbaycan Endoskopik Laporoskopik Cərrahlar Assosasiyasi İctimai Birliyinin sədri Müşviq Həsənli “Laporoskopik xolesistektomiya zamanı qaraciyər xarici öd yollarının zədələnməsi riskinin proqnozlaşdırılması və profilaktikası”,  Naxçıvan Dövlət Universitetinin “Ümumi təbabət və kliniki fənlər” kafedrasının dosenti Cəbi İsmayılov “Ekstrahepatik  öd yolları və damarların yatrogen zədələnmələri”, həmin kafedranın professoru İsa Abdullayev isə “Xoledoxolitiaz zamanı drenləşdirici əməliyyatların tətbiqi və əməliyyatdan sonrakı dövrdə müalicə taktikası” mövzularına dair  slaydlar vasitəsilə çıxış ediblər.

          Mövzuların sual-cavab və diskusiya şəklində təşkil olunması konfransı daha maraqlı və yaddaqalan edib.

Tədbirə eyni zamanda Türkiyənin müxtəlif universitetlərinin və Azərbaycan Tibb Universitetinin professorları iştirakçı kimi qatılıblar.

Sonda Rusiya Respublikası Tibbi Texniki Akademiyasının üzvü, Əməkdar elm xadimi Qalib Qarayev elm və təcrübə ilə zəngin bir konfransın təşkilinə görə minnətdarlıq edib.

Ali təhsil ocağının Tibb fakültəsində beynəlxalq onlayn elmi konfrans keçirilib-FOTOAli təhsil ocağının Tibb fakültəsində beynəlxalq onlayn elmi konfrans keçirilib-FOTO

Nəzmiyyə Məmmədova

Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR

UŞAQ CƏRRAHI

XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
Hüquq guşəsi
NEKROLOQ

«    Eylül 2020    »
PtSaÇrPrCuCtPz
 123456
78910111213
14151617181920
21222324252627
282930